Icma.az
close
up
RU
Botoks nədir və necə təhlükəsiz istifadə olunur? Kosmetoloqdan AÇIQLAMA

Botoks nədir və necə təhlükəsiz istifadə olunur? Kosmetoloqdan AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Günümüzdə insanlar estetik görünüşlərini qorumaq və təzələmək məqsədilə müxtəlif kosmetoloji prosedurlara üz tutur. Bu prosedurlardan biri də botoksdur. Artıq yaşlı-cavan demədən, üzündə ilk qırış peyda olan kimi bir çox insan botoks proseduruna müraciət edir.

Bəs bu prosedur nə dərəcədə təhlükəsizdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-kosmetoloq Səadət Bayramova bildirdi ki, botoks clostridium botulinum bakteriyasından əldə edilən bir preparatdır və əzələ hərəkətlərini müvəqqəti olaraq bloklamaq qabiliyyətinə malikdir:

"Bu xüsusiyyətinə görə tibbdə müxtəlif xəstəliklərin müalicəsində də geniş tətbiq olunur. Məsələn, əzələ spazmları, migren və bəzi göz xəstəliklərinin müalicəsində botoksdan istifadə olunur. Hal-hazırda dünyada botoks ən çox estetika və kosmetologiya sahəsində tətbiq edilir. Üz gərmə, qırışların müvəqqəti aradan qaldırılması və simmetriyanın yaxşılaşdırılması kimi prosedurlarda istifadə olunur. Botoksun düzgün tətbiq olunmaması vəziyyətində isə həm keçici, həm də qalıcı problemlər yarana bilər. Buna görə prosedurdan əvvəl hər bir pasiyentin tibbi vəziyyəti diqqətlə qiymətləndirilir. Xəstə haqqında ətraflı məlumat toplanır, xəstəlikləri, allergik reaksiyaları və digər faktorlar nəzərə alınır. Yalnız prosedura uyğun olduğu müəyyən edildikdə botoks tətbiq olunur. Estetik məqsədlər üçün botoksun tətbiqi üçün minimum yaş məhdudiyyəti 18 yaşdır. Təcrübəli kosmetoloqlar tərəfindən aparıldıqda prosedur həm təhlükəsiz, həm də effektiv olur".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri