Icma.az
close
up
RU
Siqaret asılılığı artır: Kişilərdən sonra qadınlar da təhlükə altındadır

Siqaret asılılığı artır: Kişilərdən sonra qadınlar da təhlükə altındadır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Son illər siqaret çəkmə vərdişi yalnız kişilər arasında deyil, qadınlar arasında da sürətlə yayılmaqdadır.

Əgər əvvəllər siqaret daha çox kişilərin “zərərli vərdişi” kimi qəbul olunurdusa, indi qadınların da bu asılılığa meyl etməsi diqqət çəkir.

Mütəxəssislərin sözlərinə görə, bu artımın bir neçə əsas səbəbi var: Stres və gərgin həyat tərzi, ictimai təsirlər, gender rollarındakı dəyişikliklər.

Həkimlər xəbərdarlıq edirlər ki, siqaret insan sağlamlığı üçün ən təhlükəli vərdişlərdən biridir. Tənəffüs yolları, ürək-damar sistemi, xərçəng xəstəlikləri riskini qat-qat artırır. Xüsusən qadınlarda siqaret çəkmək gələcəkdə doğuşla bağlı problemlərə, həmçinin uşaqların sağlamlığına mənfi təsir göstərir.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada hər il siqaret səbəbindən 8 milyondan çox insan həyatını itirir. Bu rəqəmin 1 milyona yaxını passiv şəkildə tüstüyə məruz qalan insanlardır. Yəni siqaret yalnız çəkəni deyil, onun ətrafını da zərər altında qoyur.

Sosioloqlar hesab edirlər ki, qadınlarda siqaretə meylin artması cəmiyyət üçün yeni bir təhlükədir. Çünki qadın sağlamlığı gələcək nəsillərin sağlamlığı ilə birbaşa bağlıdır. Bu səbəbdən, maarifləndirici kampaniyaların artırılması, ictimai qınağın gücləndirilməsi və alternativ dəstək proqramlarının hazırlanması vacib sayılır.

Siqaret nə qadın, nə də kişi üçün “azadlıq” simvolu deyil. Əksinə, insanı həm fiziki, həm də psixoloji asılılığa salan təhlükəli bir vərdişdir. Əgər bu tendensiya davam edərsə, yaxın illərdə siqaret asılılığının yaratdığı sağlamlıq fəsadları daha kəskin şəkildə üzə çıxacaq.

Leyla Mirzə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri