Icma.az
close
up
RU
Qadınlar niyə kişilərdən çox yaşayır?

Qadınlar niyə kişilərdən çox yaşayır?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Qadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsi onların həyata daha “sağlam” yanaşması deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen surətinin olması ilə əlaqəlidir.

Oxu.Az xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticələri “Aging Cell” jurnalında dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hal-hazırda orta insan ömrü 71 yaş təşkil edir. Ən yoxsul Afrika dövlətlərindən tutmuş ən zəngin Avropa şəhərlərinə kimi bütün dünya ölkələrində qadınların orta ömrü kişilərdən daha yüksəkdir (müvafiq olaraq 73 və 68 il).

Maraqlıdır ki, antropoloqlar bu tendensiyanın ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib. Ənənəvi olaraq, bu, kişilərin riskə, kökəlməyə, qeyri-sağlam həyat tərzinə, o cümlədən, alkoqol, tütün və narkotik vasitələrə meyilli olması ilə əlaqələndirilirdi.

Ancaq Kaliforniya Universitetinin alimi Dena Dubal və onun həmkarları kişi və qadın ömrü arasındakı bu fərqin təkcə sosial deyil, eyni zamanda, genetik aspektlərinin olduğunu ortaya çıxarıb.  

Tədqiqat qrupu uzun müddət DNT-ləri modifikasiya olunmuş dörd qeyri-adi siçan qrupu üzərində müşahidələr aparıb.

Dubalın sözlərinə görə, alimlər beyin və digər orqanların işində, həmçinin cinsi xromosomların funksiyası və strukturu baxımında  kişi və qadınlar arasında bir çox fərqlərin olduğundan şübhələnib.

Məsələ ondadır ki, Y - kişi xoromosomu, demək olar ki, həyati əhəmiyyətli genlərdən məhrumdur. Bir neçə kritik əhəmiyyətli (məsələn, rüşeymin inkişaf proqramının işə salınması üçün) DNT sahəsini köçürdükdən sonra onları genomdan kənarlaşdırmaq olar.

Qadın - X xromosomu isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir və onların genində yaranan pozuntu, adətən, fatal sonluqla (ölümlə) nəticələnir. Dubal və onun komandası belə bir nəticəyə gəlib ki, qadınların kişilərlə müqayisədə uzunömürlülüyü məhz artıq X xromosomu ilə əlaqəli ola bilər.

Bu ideyanı rəhbər tutaraq, tədqiqat qrupu dörd qrup erkək və dişi siçan böyüdüb. Onların yarısı “xətalı” xromosom düzümünə malik olub. Alimlər onların DNT-lərinə çatışmayan Y xromosomunun fraqmentlərini yeritməklə XX xromosomlarla erkək ərsəyə gətirə bilib, həmçinin XY düzümü ilə “transgender” erkəklər yaratmağa nail olublar.

Növbəti üç il ərzində bioloqlar gəmiricilərin həyat və davranışlarını hərtərəfli şəkildə müşahidə edib. Təcrübələr göstərib ki, DNT modifikasiyasından sonra onların ömrü cinsdən yox, xromosom düzümündən asılı olub.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri