Icma.az
close
up
RU
Siqaret bəzi hallarda cinayətin qarşısını ala bilər Sosioloqdan maraqlı açıqlama

Siqaret bəzi hallarda cinayətin qarşısını ala bilər Sosioloqdan maraqlı açıqlama

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Siqaret asılılığının cinayət törətməklə birbaşa əlaqəsi olmasa da dolayı təsirləri tamamlayıcı amil kimi götürülə bilər"

Türkiyə Böyük Millət Məclisinin Cinayətə Sürüklənən Uşaqların Araşdırılması Komissiyası tərəfindən hazırlanan və 800 səhifədən çox olan geniş hesabatda uşaqların cinayətə meyillənməsinə səbəb olan amillər və onların qarşısının alınması yolları əksini tapıb.

Komissiyanın Türkiyə üzrə 70 Uşaq Təhsil Evi və Qapalı Uşaq İslah Müəssisəsində yerləşdirilən 4 min 989 uşaq arasında apardığı araşdırma narahatedici mənzərə ortaya qoyub. Nəticələrə görə, 12-17 yaş qrupuna aid cinayətə sürüklənən uşaqların 83,4 faizi siqaret çəkir, 47,3 faizi alkoqoldan istifadə edir, 52,9 faizi isə narkotik və ya psixotrop maddələr qəbul edir. Hesabatda qeyd olunur ki, ailədaxili problemlər, sosial mühit, asılılıqlar və nəzarətsiz rəqəmsal platformalar uşaqların cinayətə yönəlməsində əsas risk faktorları sırasındadır. Hesab edilir ki, onlayn qumar, qeyri-qanuni mərc oyunları, narkotik istifadəsini təşviq edən məzmunlar və rəqəmsal zorakılıqla mübarizə məqsədilə xüsusi monitorinq, erkən xəbərdarlıq və operativ müdaxilə sistemlərinin qurulması vacidbir. 

Siqaret çəkən uşaqlar, yeniyetmələr potensial cinayətkar hesab edilməlidirmi?  

Sosioloq Naib Niftəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, siqaret çəkənlərə potensial cinayətkar kimi baxmaq, əlbəttə yanlış yanaşmadır. Siqaret bəzən cinayətə sürükləyirsə, bəzən cinayətin önünü kəsir. Əsəbi, stresli halda olan adam bir siqaret alışdırmaqla hisslərni cilovlaya bilir. Təbii ki, bu, sağlam yol deyil, psixiatriya vasitəsi kimi ziyanlıdır. Yeniyetmələrə gəlincə: 



- Siqaret asılılığının cinayət törətməklə birbaşa əlaqəsi olmasa da dolayı təsirləri tamamlayıcı amil kimi götürülə bilər. Siqaret çəkənlərin belə bir xüsusiyyəti var ki, xüsusən də bu oğlan uşaqlarında özünü göstərir, onlar siqaretdən istifadəni “böyümək”, “özünütəsdiq”, “kişilik” əlaməti kimi qəbul edirlər. Yeniyetmə siqaret çəkirsə, hesab edir ki, artıq böyüyüb, kişiləşib, “müstəqildir” və sairə. Bu, oğlan uşaqlarında aldadıcı özünəgüvən formalaşdırır. Sosial hüquqi baxımdan, dinamika nisbətində götürdükdə erkən yaşlarda siqaret çəkmək birbaşa cinayətə səbəb olmur. Burada birbaşa əlaqə yoxdur. Amma normadan kənar və riskli davranışlarla birbaşa əlaqəlidir. Siqaret çəkməyə uşaq yaşlarından yaranan meyllilik, yeniyetmələrin məktəbdən yayınmasına, mənfi sosisal təsirlərə qoşulmasına və sonrakı asılılıq yaradan digər hallara – narkotik istifadəsi, spirtli içki qəbulu və cinayət əməli kimi ictimai təhlükəli əməllərə yol aça bilir. Hansısa əməlinə görə yeniyetmə cəzaçəkmə müəssisəsinə yerləşdirilibsə, zərərli vərdişlərə şərait yaradılmasına imkan verilməməlidir. Nəzarət mexanizmi güclüdürsə, cinayətə yönəlmiş rəftarların qarşısını almaq mümkündür. Siqaretə aludəlik müəyyən yaş qruplarında özünü göstərir. Müəyyən çevrədə insanlar zərərli davranışlara meyl edə bilir. Siqaret kimlər üçünsə cinayətin mənbəyi, kimlər üçünsə cinayətdən xilas yoludur, insanlar gərgin stressli olduqda uzaqlaşmaq vasitəsi olur. Əsəbiləşir, siqaret yandırır və söhbət əsnasında hansısa mübahisəli məsələni həll edirlər. Amma bu, psixoterapiya vasitəsi kimi ziyanlıdır, sağlam doğru yol deyil. Məsələ həm də bundadır ki, prosesin dəyərə çevrilməsi həmin insanların cəmiyyətə reinteqrasiyası və sosial inteqrasiyası baxımından problem yarada bilər. Siqareti cinayətin mütləq səbəb kimi götürmək olmaz. Mümkün əlaqə gözlənilən risklərin reallaşma ehtimalından ibarətdir. Bunun qarşısı almaq üçün sosial davranış riskləri aradan qaldırılmalıdır. Ailə bağlarının güclənməsi, məktəb mühiti, asudə vaxtın səmərəli təşkili olmalıdır. Bu məsələlər kompleks yanaşma tələb edir. Müəyyən preventiv tədbirlər yeniyetmə cinayətlərinin sayını əhəmiyyətli dərəcədə azalda bilər. Məsələn, ölkəmizdə 18 yaşınadək şəxslərə siqaret satılması qanunla qadağandır. Daha yaxşı olar ki, bununla kifayətlənməyərək dünya təcrübəsi əsasında təkmilləşdirilmə aparılsın. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri