Icma.az
close
up
RU
Sosioloqdan şok açıqlama: Kişilər buna görə evlilikdən qorxur?

Sosioloqdan şok açıqlama: Kişilər buna görə evlilikdən qorxur?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. 

Boşanmaların sayı isə ötən illə eyni - 2,1 qalıb.

Bəs Azərbaycanda ailə quranların sayının azalmasına səbəb nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, bu açıqlanan rəqəm hər 3 nikahdan 2-sinin boşanma ilə nəticələndiyini göstərir. 

Onun sözlərinə görə, insanlar nikah bağlamaqdan imtina edir:

“Əslində bu, dəhşətli bir rəqəmdir. Amma qarşıda bundan daha dəhşətli günlər də gözlənilir. Çünki boşanma ilə bağlı bu sürətli axın dayanmayacaq. Ola bilər boşanmaların sayı ilə bağlı hazırkı rəqəm dəyişməsin. 

Amma nikahlarla müqayisə edəndə aradakı rəqəm getdikcə artır. 

Əvvəlki ilin statistikası ilə qarşılaşdırsaq, görərik ki, nikah sayındə nə qədər azalma, boşanma sayında isə nə qədər artım var. 

Artıq insanlar nikah bağlamaqdan imtina edir. Bu, əslində gözlənilən vəziyyət idi. Çünki hazırkı ailə sütününda gedən sürətli aşınma artıq gənclərin gözünü qorxudur. İnsanlar boşu boşuna evlənib, bir ildən sonra boşanıb, ömrü boyu aliment vermək vermək fikrindən xoflanırlar”.

Onun sözlərinə görə, bu gün kişilər evlilik ilə bağlı ciddi narahatlıq içindədirlər:

“Ailə dağılandan sonra hər iki tərəf maddi və mənəvi zərər görür. 

Amma maddi zərəri daha çox kişilər görür. Çünki toy etmək, toya hazırlaşmaq prosesi kişilər üçün daha ağır keçir.

Bu bir az mental dəyərlərlə, kişilik fenomeninin qabarıq olmasından və daha sonra aliment vermə ehtimalından qaynaqlanır. Ona görə də kişilər evliliklə bağlı düşüncələrini dəfələrlə gözdən keçirdikdən sonra ailə qurmaq barədə qərara gələ bilirlər. 

Amma boşanmaların fonundakı hazırkı vəziyyət onların da gözünü qorxudub desək daha düzgün ifadə etmiş olarıq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri