Icma.az
close
up
RU
Siqaret çəkməyən insanlar arasında ağciyər xərçəngi halları artır SƏBƏB

Siqaret çəkməyən insanlar arasında ağciyər xərçəngi halları artır SƏBƏB

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC) mütəxəssislərinin məlumatına görə, dünyada heç vaxt siqaret çəkməmiş insanlarda diaqnoz qoyulan ağciyər xərçəngi hallarının sayı artmağa davam edir. Bu tendensiyanın əsas səbəblərindən biri hava çirkliliyidir. 

Bu barədə "The Lancet Respiratory Medicine" (LanRes) elmi jurnalında dərc olunan araşdırmada bildirilir.

2022-ci ildə təxminən 200 min adenokarsinoma- ağciyər xərçənginin ən çox rast gəlinən alt növü - halı çirklənmiş havaya məruz qalmaqla əlaqələndirilib.

Siqaret çəkməyən insanlarda ağciyər xərçəngi hazırda dünyada onkoloji xəstəliklərdən ölüm səbəbləri arasında beşinci yeri tutur. Bu qrupda rast gəlinən xərçəng hallarının 70%-ə qədərini təşkil edən adenokarsinoma həm kişilər, həm də qadınlar arasında dominant alt növ olub. 2022-ci ildə bu xəstəlik ağciyər xərçəngi hallarının kişilərdə 45,6%-ni, qadınlarda isə 59,7%-ni təşkil edib.

Araşdırmanın aparıcı müəllifi və IARC-nin xərçəngə nəzarət şöbəsinin rəhbəri doktor Freddi Brey bildirib ki, xüsusilə Böyük Britaniya və ABŞ kimi ölkələrdə siqaret çəkmə hallarının azalması ilə siqaret çəkməmiş insanlar arasında ağciyər xərçəngi hallarının sayı artır.

Hava çirkliliyinin təsiri xüsusilə Şərqi Asiya, o cümlədən Çin sakinləri arasında daha güclüdür. Burada adenokarsinomanın hava çirkliliyi ilə əlaqəli ən çox hadisəsi qeydə alınıb. Lakin bu problem digər regionlar üçün də aktualdır.

Mütəxəssislər qadınları xroniki öskürək və ya nəfəs darlığı kimi ağciyər xərçəngi simptomlarına qarşı daha diqqətli olmağa və mütəmadi tibbi müayinələrdən keçməyə çağırır. Onlar həmçinin hava çirkliliyinin səviyyəsinin azaldılması və tütün istifadəsinə nəzarət strategiyalarının hazırlanmasının vacibliyini vurğulayırlar. \\Qaynarinfo.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Fevral 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri