Şirkətdən maaşını ala bilmədi, daşıdığı yükü həyətində girov saxladı (TƏFƏRRÜAT)
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xezerxeber.az-ın xəbərinə görə, Sabirabadın Qaragünə kənd sakini İsmayıl İbrahimov özünə məxsus olan yük maşını ilə Sumqayıtdan Kəlbəcərə dəmir boruların daşınmasını həyata keçirir.
O qeyd edir ki, 6 aya yaxın müddətdir işləsə də, onunla hər hansı bir müqavilə bağlanmayıb və əməkhaqqını da ala bilmir.
Ona hər ay əməkhaqqını alacağı ilə bağlı vədlər verilsə də, 6 aydır buna nail ola bilmir. İsmayıl İbrahimov deyir ki, o, bu işə Qobustan rayonundan olan Ağa adlı vasitəçi tərəfindən götürülüb.
İsmayıl İbrahimov qeyd edir ki, neçə aydır əmək haqqı ala bilmədiyi üçün daşıdığı yükü həyətində girov kimi saxlamaq qərarına gəlib.
İsmayıl İbrahimov şikayətçi olduğu Ağa adlı şəxslə də əlaqə saxladıq. O, sürücülərdən heç birinin müqavilə əsasında işləmədiklərini və vətəndaşın pulunun yaxın günlərdə ödəniləcəyini bildirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 02 Fevral 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















