Icma.az
close
up
RU
Məşhur şirkətdən daha bir yenilik

Məşhur şirkətdən daha bir yenilik

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Papa John's International" süni intellekt texnologiyasını müştərilərin pizza sifarişi prosesinə daxil etməyi planlaşdırır. 

"Cebheinfo.az" bildirir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkət bu işi "Google Cloud" ilə genişləndirilmiş əməkdaşlıq çərçivəsində görəcək.Şirkətin məqsədi müştərinin əvvəlki sifarişlərinə və davranışına əsaslanaraq telefon bildirişlərini, kampaniyaları, loyallıq  proqramı təkliflərini daha fərdi və uyğun şəkildə təqdim etməkdir.Bundan başqa, yeni onlayn çat-bot istifadəyə veriləcək və sifarişi virtual köməkçilər vasitəsilə vermək imkanı da olacaq.

Bu süni intellektə yönələn son dövrlərin trendinə daha bir nümunədir. Artıq bir çox fastfud şəbəkələri bu texnologiyanı həm satışları artırmaq, həm də müştəri xidmətlərini və daxili prosesləri təkmilləşdirmək üçün istifadə edir.

“Texnologiya o qədər sürətlə inkişaf edir ki, indi artıq bir neçə il əvvəl mümkün olmayanları etmək olur. Bu həm miqyas baxımından, həm təhlükəsizlik baxımından, həm də  xərc baxımından böyük fərq yaradır”, - deyə “Papa John’s”-un rəqəmsal texnologiyalar üzrə direktoru Kevin Vaskoni bildirib.Təqdim olunan bu yeniliklər, əslində, bir çox böyük restoran şəbəkələrinin illərdir istifadə etdiyi satış məlumatlarından faydalanma yanaşmasına bənzəyir.

“Bəzi sahələrdə geri qalmışdıq, amma indi bu fərqi sürətlə bağlayıb, texnologiya sahəsində liderliyimizi yenidən bərpa etmək üçün əlimizdə gözəl fürsət var”, - deyə “Papa John’s”-un baş direktoru Todd Penegor bildirib.

Xatırladaq ki, “Papa John's” 2001-ci ildə ABŞ-də bütün müştərilər üçün onlayn sifariş imkanını təqdim edən ilk milli pizza şəbəkəsi olub.

Todd Penegor bundan əvvəl "Wendy’s" şəbəkəsinin baş direktoru idi və orada da “Google Cloud” ilə birgə süni intellekt layihəsinə rəhbərlik edib.

Kevin Vaskoni isə 2012-ci ilindən 2020-ci ilədək "Domino’s Pizza"da texnoloji dəyişikliklərə rəhbərlik edib.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri