Şirniyyat sevgisi hansı xəstəliyin əlaməti ola bilər?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Almaniyanın Tyubinqen Universitet Klinikasının alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən insanlar karbohidratla zəngin qidalara üstünlük verirlər. Üstəlik, depressiyanın simptomları dərinləşdikcə şirniyyata meyillilik daha da artır.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı araşdırmanın nəticələri "Psychological Medicine" (PsyMed) jurnalında dərc olunub.
Araşdırmada 117 könüllü iştirak edib ki, onlardan 54-nə depressiya diaqnozu qoyulub.
Məlum olub ki, depressiyadan əziyyət çəkən insanlarda tez-tez iştahanın azalması müşahidə olunsa da, onlar karbohidratla zəngin qidalara - çörək, şirin içkilər, südlü şokoladlara üstünlük verirlər. Eyni zamanda, zülal və yağlarla zəngin qidalar belə xəstələrə daha az cəlbedici görünür. Bununla belə, depressiya zamanı qida seçimlərindəki dəyişikliklər iştahanın ümumi şəkildə artması ilə əlaqəli olmayıb.
İndi tədqiqatçılar xəstənin rasionunun optimallaşdırılması hesabına depressiya əlamətlərinin uzunmüddətli zəiflədilməsinin mümkün olub-olmadığını müəyyən etmək niyyətindədirlər. İlkin tədqiqatlar artıq göstərib ki, ac qalmaq və ya probiotik pəhriz antidepressiv təsir göstərə bilər.
Baxış sayı:120
Bu xəbər 12 Fevral 2025 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















