Icma.az
close
up
RU
Arıqlama xəstəliyin əlaməti ola bilər

Arıqlama xəstəliyin əlaməti ola bilər

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən insanlar istəmədən və bunun üçün heç bir cəhd etmədən (pəhriz, idman və s.) arıqlamağa başlayır.

Bəzən belə arıqlama çox tez gedir, insan sanki "əriyir". Bu çox təhlükəli haldır. Belə kəskin arıqlama bir çox ağır xəstəliklərin əlaməti ola bilər.

- Bədən çəkisinin kəskin azalması onkoloji (xərçəng) xəstəliyin əlaməti ola bilər. Xüsusilə belə kəskin arıqlama mədə-bağırsaq sistemi, mədəaltı vəzi və qaraciyərin onkoloji xəstəlikləri zamanı baş verir. Buna "kaxeksiya" deyilir. Arıqlama xərçəngin ilk görünən simptomu kimi meydana çıxa bilər.

- Vərəm xəstəliyi, virus hepatitlər, QİCS infeksiyası zamanı da bədən çəkisinin azalması xəstəliyin ilk simptomu kimi meydana çıxa bilər.

- Tireotoksikoz arıqlamanın növbəti səbəbi ola bilər. Tireotoksikoz zamanı qalxanvari vəzi artıq miqdarlarda öz hormonlarını ifraz edir ki, bunun nəticəsində insan orqanizmində gedən maddələr mübadiləsi prosesləri kəskin pozulur (sürətlənir). Tireotoksikoz zamanı iştaha normal olur və bəzən hətta artır, bədən çəkisi isə daim azalır. Bundan əlavə tireotoksikoz özünü zəiflik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi, tərləmə, əllərin əsməsi, ürək döyünməsinin tezləşməsi və s. kimi simptomlarla büruzə verir.

- Hipofizin funksiyalarının pozulması da kəskin arıqlamaya səbəb ola bilər. Arıqlamadan əlavə xəstədə fəziflik, dərinin quruluğu, həyata marağın azalması, bayılmalar kimi simptomlar inkişaf edir.

- Böyrəküstü vəzilərin fəaliyyətinin pozulması da arıqlamağa səbəb ola bilər. Bundan əlavə xəstədə halsızlıq, daim yorğunluq, dərinin tündləşməsi, ürəkbulanması, qusma inkişaf edir.

- Şəkərli diabet də özünü kəskin arıqlama ilə büruzə verir. Xəstənin iştahası artır, lakin buna baxmayaraq çəkisi daim azalır. Xəstədə güclü susuzluq, dərinin qaşınması, tezləşmiş sidik ifrazı kimi simptomlar inkişaf edir.

- Helmintozlar da (qurd xəstəlikləri) arıqlamağa səbəb ola bilər. Bu zaman arıqlama tədricən gedir, iştaha isə normal olaraq qalır. İnsanda zəiflik, dərinin qaşınması, dəridə allergik səpgilər, qarında ağrılar kimi simptomlar inkişaf edir.

- Bir çox mədə-bağırsaq sistemi xəstəlikləri zamanı həzm və qidalı maddələrin sorulması prosesləri pozulur ki, nəticədə xəstə arıqlayır.

- Yaşlı insanlarda kəskin arıqlamanın səbəbi Alsqeymer xəstəliyi ola bilər.

Beləliklə, "səbəbsiz" arıqlama bir çox ağır xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən özünüzdə bu simptomu müşahidə etdikdə, vaxt itirmədən həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt sizə əlavə müayinə və analizlər təyin edəcək. Müayinə və analizlərin nəticəsindən asılı olaraq həkim sizi digər mütəxəssislərin (endokrinoloq, qastroenteroloq, infeksionist, onkoloq, ftiziatr) müayinələrinə göndərə bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri