Icma.az
close
up
RU
Sırrı Süreyyanın sirri Milli, PKK çı, yoxsa, dərin dövlətin agenti?

Sırrı Süreyyanın sirri Milli, PKK çı, yoxsa, dərin dövlətin agenti?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndər çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edib.

Öndərin cənazəsi xəstəxanadan çıxarılaraq Atatürk Mədəniyyət Mərkəzindəki anım törəninə gətirilib və böyük izdihamla qarşılanıb. Türkiyə bayrağına bükülmüş tabutun üzərinə qoyulan zeytun budağı sülhü ifadə etsə də siyasi keçmişinə görə bu simvol hər kəs üçün eyni məna daşımayıb.

Qeyd edək ki, rejissor, ssenarist, prodüser kimi də tanınan Öndər, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyədə başlatdığı və ölkə daxilində kürd xalqı ilə bağlı problemlərin həllinə yönəlmiş prosesin əsas iştirakçılarından idi.

Onun ölümü mübahisə yaradıb. Abdullah Öcalan və PKK ilə yaxınlığı deyilir, həmçinin milli adam kimi dəyərləndirilir. Sırrı Süreyya Öndər əslində kimdir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Prof. Dr. Hasan Oktay bildirib ki, Sırrı Süreyya Öndər Adıyaman vilayətində türkmən ailəsində anadan olub.

“Gənclik illəri ata tərəfdən sosialist, ana tərəfdən Nurçu olan şəxsiyyət böhranı yaşayan bir mühitdə keçib. Marksist-sosialist mühitində böyüdüyü üçün universitet illərində həbsxanaya düşdüyünü bildirib. Hazırda onun haqqında çoxlu müsbət fikirlər söylənsə də, həyatında qaranlıq məqamlar çoxdur. Abdullah Öcalana “atam” deyəcək qədər heyranlıq hissi duyan, onun partiyasında siyasətlə məşğul olub terror təşkilatının və partiyasının türklərə xoş görünməsi üçün çox səy göstərib. Təkcə bunu nəzərə alsaq, Sırrı Süreyya Öndərin köhnəlmiş marksizmin Türkiyədəki sistemi yıxmaq üçün PKK terror təşkilatından faydalanan, bu təşkilatın arxasında gizlənərək, çürük marksist ideyaları cəmiyyətə sırımaqla inqilab etmək istəyi ön plana çıxır. Bu düşüncəyə sahib birisi PKK və ya DEM partiyasına (Xalqların Bərabərlik və Demokratiya Partiyası) kəşfiyyat orqanının əməkdaşı kimi sızmayıbsa, bu şəxsi milli kimi qiymətləndirmək mümkün deyil”.

H.Oktayın sözlərinə görə, Türkiyədə marksizmin ən böyük problemi onun beynəlmiləlçi olması və milli dəyərlərə nifrət etmələridir:

“Türk milli dəyərlərinə nifrət edən, “türk solu” olaraq adlandırılan lümpen quruluş (sosial sinif şüuru olmayan insanlar, -red.) özünü Türkiyə və türk dövlətlərinə qarşı olan bütün təşkilatlara daha yaxın görür. Sırrı Süreyya Öndərin Adıyaman vilayətində türk ailəsində dünyaya gəlib, PKK terror təşkilatına rəğbət bəsləməsinin səbəbi Türkiyədə marksist hərəkatların lümpen formalaşması ilə bağlıdır. Bundan əlavə, marksist hərəkatların daxilində millətin dəyərləri ilə barışıq, milli olan çox az adam var”.


Hasan Oktay

Türk politoloq Engin Özer isə bildirib ki, Sırrı Süreyya Önder həm dövlət, həm də kürd tərəfin bu problemi (kürd problemi, –red.) həll etmək üçün səmimi olduğuna inandığı bir siyasətçidir:
“O, milli və ya PKK-lı deyə adlandırıla bilməz. Amma bu problemin həlli üçün çalışdığına iki tərəfin də səmimiyyətlə inandığı bir adam idi. Türkiyədə onun kimi ikinci bir şəxs yoxdur. Sadəcə həm dövlətin, həm də kürd tərəfin güvəndiyi biri idi. Hər hansı bir tərəfə aid deyildi. Sırrı Süreyya Öndər türkmən idi, amma kürdlərin içində yaşadığı üçün o milləti yaxşı tanıyırdı. Dövlətin ona baxışı da heç bir zaman bir PKK-lı kimi olmayıb. Amma bu problemin həlli üçün hər kəsdən çox çalışmış bir adamdır”.

E.Özer, həmçinin Sırrı Süreyya Öndərin Öcalanı özünün “mənəvi ata”sı adlandırmasına münasibət bildirib.

“O, PKK üzvləri ilə çox görüşən bir adam idi. Solçu idi və həmin qruplarla görüşməsi üçün zamanında o cür danışması gərəkli ola bilərdi. Amma o qədər radikal baxışları olsa idi, onu TBMM-in sədrinin müavini etməzdilər. O, bir az kürd hərəkatına yaxındır, amma problemin həlli üçün çalışmış bir adamdır və Türkiyənin bütün kəsimləri ona hörmət edir. Türkiyədə ikinci bir Sırrı Süreyya Öndər yoxdur”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri