Icma.az
close
up
RU
Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur Video

Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur Video

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirvan şəhərində də su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Şəhərin küçə və prospektlərində müxtəlif diametrli istismar müddətini başa vurmuş su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdrəsi tərəfindən hər il olduğu kimi 2024-cü ildə də bir sıra işlər həyata keçirilib. Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, ərazilər sayğaclaşdırılır. Köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi demək olar ki 50 faiz aşağı endirilib. Hazırda su itkilərimiz şəhər üzrə 27-30 faiz təşkil edir: “Qarşımıza su itkilərini minimum endirməyi hədəf qoymuşuq”.

İl ərzində su xətlərində 1627, kanalizasiya xətlərində isə 1472 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Ümumiyyətlə, şəhər ərazisində baş verən bütün qəzalar dərhal aradan qaldırılır. Şirvan sakinləri əvvəlki illərdə içməli su ilə bağlı yaşadıqları problemlərin artıq aradan qalxdığını bildirirlər.

Şirvan şəhər sakini Azər Şükürovun bildirdiyinə görə, Şirvan şəhərində vaxtilə su problemi olsa da, indi demək olar ki, problem həll olunub. "Bütün borular dəyişdirilib, hər yerə sayğac qoyulub, su təminatı 100 faiz yaxşıdır".

2024-cü il ərzində layihənin davamı olaraq şəhərdə əsasən, “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrini əhatə etməklə 14160 paqonometr müxtəlif diametrli yeni su xətti, H. Əliyev prospekti ilə paralel ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə, ümumilikdə 224 paqonometr 150 mm-lik, 1997 paqonometr 200 mm-lik, 2294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Bundan başqa 1122 ədəd mexaniki sayğac quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılıb.

Fərhad Hüseynov qeyd edib ki, hazırda Şirvan şəhərində M.F.Axundov, Məhəmməd Əsədov, Şəhidlər, Şirvan küçələrində 488 abonentə su və kanalizasiya xətlərinin çəkilişi davam edir. Şəhərin digər hissəsində İsmət Qayıbov, Şirin Şükürov, Gülbala Şıxbalaoğlu küçələrində 1800 abonentə su xətlərinin çəkilişi başa çatdırılıb.

Qeyd edək ki, Şirvan şəhər Sukanal İdarəsinin xidməti ərazisində 1 ədəd nasosxana fəaliyyət göstərir ki, həmin nasosxananın sazlığı daim diqqətdə saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri