Şirvan və Manisa qardaşlığına növbəti töhfə
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Şirvan şəhərinin nümayəndə heyəti Türkiyədə keçirilən 486-cı Beynəlxalq Manisa Mesir Macunu Festivalında iştirak edib.
UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş bu çal-çağır hər il beynəlxalq səviyyədə geniş qeyd olunur. Festival çərçivəsində müxtəlif mədəni proqramlar, konsertlər, sərgilər və ənənəvi mesir macununun paylanması mərasimi təşkil olunub. Şirvan heyəti yerli və beynəlxalq qonaqlarla çoxsaylı görüşlər keçirərək şəhərin mədəni potensialı və beynəlxalq əlaqələri barədə məlumat verib.
Şirvanlıların bu festivalda iştirakı təkcə rəsmi səfər deyil, iki qardaş xalqın ortaq dəyərlərinə verilən növbəti töhfə kimi yadda qalıb.
Xatırladaq ki, Şirvan və Manisa şəhərləri arasında “Qardaşlıq və dostluq protokolu” 2023-cü ilin 8 sentyabrında imzalanıb. Sənədə əsasən, hər iki şəhər arasında qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Türkiyə ilə Azərbaycan arasında əsrlərdən süzülüb gələn qardaşlıq bağları bu dəfə Manisa şəhərində keçirilən Mesir Macunu Festivalı çərçivəsində bir daha öz təntənəsini yaşayıb.
M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 May 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















