Şirvan xəstəxanasında iki yaşlı uşaq ölüb
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında iki yaşlı uşaq ölüb.
“Report!un Aran bürosunun məlumatına görə, Sabirabadın Qaragüney kəndindən iki yaşlı uşaq Şirvan Şəhər Mərkəzi xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq, uşaq xəstəxanada keçinib.
Azyaşlının qızdırmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

