Icma.az
close
up
RU
Şirvanda Beynəlxalq Ailə Günündə yeni ailə həyatı quran gənclərin nikah mərasimi keçirilib

Şirvanda Beynəlxalq Ailə Günündə yeni ailə həyatı quran gənclərin nikah mərasimi keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan, 15 may, Aydın Yavərzadə, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən güclü ailə siyasəti hər zaman prioritet olub. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şirvanda 15 May – Beynəlxalq Ailə Gününə həsr olunan “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbir Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Şirvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə uşaqların ailəyə həsr etdiyi əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Sonra Beynəlxalq Ailə Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva bildirib ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edib. Ümummilli Liderimizin önəm verdiyi ailə siyasəti Azərbaycanda bu gün də uğurlu şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Çıxışlar zamanı, həmçinin Beynəlxalq Ailə Gününün tarixindən, bu günün qeyd edilməsinin əhəmiyyətindən, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verilməsindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışılıb, cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rolu olduğu vurğulanıb.

Tədbirdə uzunömürlü ailələrin nümayəndələri və qonaqlar keçdikləri maraqlı həyat yolundan danışaraq, gənclərə tövsiyələrini veriblər. Uzunömürlü ailənin sirrinin qarşılıqlı hörmətdə, sevgidə, anlayışda olduğu, birlikdə hər çətinliyin öhdəsindən gəlməyin mümkünlüyü qeyd edilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Musiqi nömrələri və müxtəlif kompozisiyalar təqdim olunub.

Sonda yeni ailə həyatı quran gənclərin nikah mərasimi keçirilib. Ailə həyatı quran gənclər nikah mərasiminin müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri