Icma.az
close
up
RU
Şirvanda və Hacıqabulda seminarlar təşkil olundu

Şirvanda və Hacıqabulda seminarlar təşkil olundu

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “İdeoloji immunitetin gücləndirilməsi və hibrid təhdidlərə qarşı birgə mübarizə” adlı layihə çərçivəsində iki televiziya verilişi hazırlanıb və efirdə yayımlanıb.

Bakupost.az xəbər verir ki, layihə çərçivəsində, həmçinin Şirvan və Hacıqabul şəhərlərində əsasən gənclərin iştirak etdiyi seminarlar keçirilib. Tədbir iştirakçılarına mövzu ilə bağlı kitabça paylanılıb.

Toplantılarda çıxış edən DANİB sədri Elməddin Behbud bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin müstəsna qəhrəmanlığı nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında əldə olunan tarixi Qələbə regionun siyasi konfiqurasiyasında həlledici dəyişikliyə səbəb olub. Azərbaycan bu gün regionun əsas iqtisadi, siyasi və hərbi gücüdür. Bütün bunlar anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Həm Şimaldan, həm Cənubdan, həm də Qərbdən dövlət siyasətimizi öz maraqlarına uyğun şəkildə dizayn etməyə cəhd edən, ölkəmizdə təxribatlar törətməyə çalışan mərkəzlər hibrid müharibəni hazırda da müxtəlif formalarda davam etdirirlər.

Elməddin Behbud deyib ki, ideoloji immunitet hər bir millətin və ya cəmiyyətin milli dəyərlərini qorumaq və ideoloji təhdidlərə qarşı müqavimət göstərmək qabiliyyətini ifadə edir. Bu sahədə hər zaman güclü olmaq, xüsusilə qloballaşma və müasir texnoloji inkişaflar fonunda milli kimlikləri və dövlətlərin suverenliklərini qorumaq həyati əhəmiyyət kəsb edir. Birliyin sədri Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti Komissiyanın” fəaliyyəti barədə də məlumat verib.

Seminarda çıxış edən jurnalist, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə dövlətimizin qarşısında dayanan milli hədəflər, milli kimliyimizin qorunması, milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini bölüşüb.

Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rafael Nəsirov seminarda çıxış edərək mövzunun əhəmiyyəti, ideoloji mübarizənin gücləndirilməsinin vacibliyi və gənclərin bu sahədə fəallığının artması üçün görülən işlərdən danışıb.

Tədbir iştirakçıların dialoqu və müzakirələrlə davam edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Sentyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri