Şişönü xəstəliklərin diaqnostikası icbari sığorta ilə qarşılanır
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi hər bir ölkənin səhiyyə sistemində prioritet sayılır. Xərçəng hallarının artması isə mövcud xidmətlərin daha əlçatan və geniş olmasını tələb edir. Bəs xidmətlər zərfində onkoloji xəstəliklərlə bağlı hansı xidmətlər yer alır və növbəti il üçün bu istiqamətdə genişlənmə planlaşdırılır?
Bu barədə TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır.
Verilən məlumata görə, bu tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir:
“Sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamaoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması, Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr aparılır. Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır”.
Açıqlamada qeyd olunub ki, hazırda onkoloji xəstəliklərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aidiyyəti qurumlarla müzakirələr aparır.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 09 Dekabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















