Icma.az
close
up
RU
İTSDA: Xroniki venoz xəstəliklərin diaqnostikası icbari tibbi sığorta təminatına daxildir

İTSDA: Xroniki venoz xəstəliklərin diaqnostikası icbari tibbi sığorta təminatına daxildir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 avqust, AZƏRTAC

Ötən il icbari tibbi sığorta hesabına xroniki venoz xəstəliklərinin diaqnostikası məqsədilə 138 min 825 rəngli doppler və 219 fleboqrafiya müayinələri icra olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xroniki venoz xəstəliklər - venaların uzunmüddətli funksional və ya struktur pozğunluqları nəticəsində meydana çıxan xəstəliklər qrupudur. Bu qrupa varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq, posttrombotik sindrom, flebopatiya, angiodisplaziyalar, venoz xoralar və retikulyar varikoz kimi pozğunluqlar daxildir.

Bu cür venoz xəstəliklərinin diaqnostikası əsasən vizual baxış, ultrasəs əsaslı görüntüləmə və funksional testlər vasitəsilə aparılır. Diaqnostikada ən geniş yayılmış ilkin müayinə üsulu rəngli doppler ultrasəs müayinəsidir. Bu metod müasir, qeyri-invaziv, ağrısız və təhlükəsiz görüntüləmə üsulu olaraq damarların vəziyyətini və qan axınının xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Rəngli doppler ultrasəs müayinəsi hospitalizasiya tələb etmir və nəticə dərhal əldə olunur. Müayinə zamanı qan axınının sürəti və istiqaməti, damarların keçiriciliyi, venaların qapaq funksiyası və damarların anatomik quruluşu haqqında ətraflı məlumat almaq mümkündür. Bu üsul varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq, posttrombotik sindrom, flebopatiya və venaların trombozu kimi xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur.

Rəngli doppler ultrasəs müayinəsi bəzi hallarda damarların tam qiymətləndirilməsi üçün yetərli olmaya bilər. Belə vəziyyətlərdə daha detallı görüntü almaq üçün fleboqrafiya (və ya venoqrafiya) müayinəsi tətbiq olunur. Fleboqrafiya zamanı damarlara kontrast maddə yeridilərək rentgen, kompüter tomoqrafiyası və ya maqnit-rezonans tomoqrafiyası vasitəsilə detallı görüntü alınır. Bu invaziv müayinə damarların struktur və funksional vəziyyəti haqqında daha geniş informasiya təqdim edir. Fleboqrafiya dərin venoz trombozu, xroniki venoz çatışmazlıq, venoz malformasiyalar və damar stenozları kimi xəstəliklərin diaqnostikasında xüsusilə effektiv sayılır. Müayinə ayaqlarda səbəbi bilinməyən uzunmüddətli şişkinlik, izah olunmayan ağrılar, tromboz və ya əməliyyatdan əvvəl damar quruluşunun qiymətləndirilməsi məqsədilə də aparılır.

Venoz pozğunluqlar əhali arasında geniş yayılıb və vaxtında diaqnoz qoyulmadıqda ciddi ağırlaşmalara və həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. Bu səbəbdən sadalanan instrumental müayinələrin icbari tibbi sığorta hesabına olunması və əlçatanlığı, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, fərdi müalicə planlarının hazırlanmasına şərait yaratmaqla effektiv müalicə üçün mühüm imkanlar yaradır.

Bu müayinələr icbari tibbi sığorta ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İTSDA ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.

Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini "Tibb müəssisələrinin axtarış sistemi" funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri