Icma.az
close
up
RU
Şıxlinski və Səfərovlar üzərindən Azərbaycana təzyiq dalğası səngimir Nə baş verir?

Şıxlinski və Səfərovlar üzərindən Azərbaycana təzyiq dalğası səngimir Nə baş verir?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin iyununda Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyat ətrafında yaranan qalmaqal səngimək bilmir. Rusiyanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı güc tətbiq olunması nəticəsində iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları ağır xəsarətlərdən dünyasını dəyişib. Bu fakt ictimaiyyət arasında ciddi narazılıq doğursa da, Rusiya tərəfi baş verənlərlə bağlı hələ də ətraflı və inandırıcı izahat verməyib.

Əməliyyat nəticəsində digər Səfərovlar saxlanılaraq 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədildiyi iddia edilən qətl və sui-qəsdlərdə iştirakda ittiham olunublar. Zaman baxımından 14-24 il əvvələ aid cinayət işlərinin birdən-birə yenidən aktivləşdirilməsi diaspor içində bu prosesin sıradan istintaq deyil, sistemli təzyiq kampaniyası olduğuna dair ciddi şübhələr yaradıb.

Hadisələr bununla da məhdudlaşmayıb. Bir müddət sonra Ural bölgəsində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və onun oğlu Mutvalı Şıxlinski də saxlanılıb.

Şahin Şıxlinski Rusiyada ən ağır maddələrdən biri - sifarişli qətlə cəhddə və dövlət nümayəndəsinə qarşı zor tətbiqi ittiham olunub.

Mutvalı Şıxlinski isə Rusiya Cinayət Məcəlləsinin 318.2-ci maddəsi polis əməkdaşına zor tətbiqi ilə mühakimə olunur. Məhkəmələr hər 2 şəxslə bağlı həbs qətimkan tədbirini uzadır. Şahin Şıxlinski 30 dekabr 2025-ə, Mutvalı Şıxlinski isə 14 dekabr 2025-ə qədər həsbdə qalacaqlar. Sverdlovsk vilayət məhkəməsi onların müdafiəçilərinin apellyasiya şikayətlərini tam şəkildə rədd edib. Hər iki iş üzrə istintaq maksimal qapalı rejimdə aparılır, rəsmi açıqlamalar isə ziddiyyətlidir.

2001-2011-ci illərin qətl dosyeləri niyə indi “dirildi”?

İttihamlarda göstərilən cinayətlərin xronologiyası diqqət çəkir. 2001-ci il - 24 il əvvəl, 2010-cu il-15 il əvvəl, 2011-ci il -14 il əvvəl.

Bu cinayətlər üzrə indiyədək heç bir azərbaycanlıya qarşı rəsmi ittiham irəli sürülməmiş, hətta şübhəli statusunda belə yoxlamalar aparılmamışdı. Hazırda həbsdə saxlanılan Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovlar haqda verilmiş qərarlarla onların 29 dekabr 2025-ə qədər həbsdə saxlanılması təsdiqlənib. Müdafiə tərəfi bunu faktiki məhkəməsiz cəza kimi qiymətləndirir.

Xatırladaq ki, Bakıda saxlanılan “Sputnik Azərbaycan” agentliyinin 5 əməkdaşı Azərbaycan hüquq-mühafizə orqanlarının qərarı ilə zaminə buraxılıb. Ekspertlər bu addımı Bakıdan Moskva istiqamətində verilən siyasi jest kimi dəyərləndirirdilər. Bunun ardınca Rusiyada həbsdə saxlanılan azərbaycanlıların da azadlığa buraxılması ilə bağlı gözləntilər yaranmışdı. Hətta Moskvada diaspora fəallarından birinin azadlığa buraxılması bu ehtimalları daha da gücləndirmişdi. Lakin baş verənlər gözlənilən effekti vermədi, Uraldakı həbslər qüvvədə saxlanıldı, həbs müddətləri daha da uzadıldı, Şıxlinski və digər şəxslərin işlərində yumşalma müşahidə olunmadı. Hazırda Rusiya üzrə təxminən 20-yə yaxın azərbaycanlı analoji ittihamlarla uzunmüddətli istintaq təcridxanalarında qalır.

Şahidlərin ifadələri, əməliyyat zamanı ölən Səfərov qardaşlarının ölümü və həbsdə olanların üzləşdiyi təcrid rejimi Rusiyada güc strukturlarının Azərbaycan diasporuna qarşı məqsədli əməliyyat keçirdiyini iddia edənləri haqlı göstərə biləcək məqamları ortaya çıxarır. Moskvanın bu addımının arxasında bir neçə ehtimal irəli sürülür. Bu həbslər geosiyasi təzyiq mexanizmi elementi kimi dəyərləndirilir, Bakı ilə müəyyən məsələlərdə dialoqu formalaşdırmaq üçün təzyiq vasitəsi olaraq istifadə olunur.

Belə görünür ki, Yekaterinburq, Moskva və Sankt-Peterburqda azərbaycanlıların güclü ictimai-iqtisadi aktivliyi Rusiya hakim dairələrində qıcıq yaradır. Bu baxımdan kriminal fonun şişirdilir, Rusiyada müəyyən qruplar Azərbaycan diasporunu kriminal struktur kimi təqdim etməyə çalışır. Bu əsnada Moskva “Sputnik” epizoduna adekvat reaksiya verməyə tələsmir, Azərbaycanın etdiyi humanist addım eyni səviyyədə cavablandırılmaqdan yayınır.

Eyni zamanda Rusiyada Azərbaycanlılarla bağlı hələ də cavabsız qalan suallar var. Səfərov qardaşları əməliyyat zamanı hansı şəraitdə həyatını itirib? Rusiyanın rəsmi izahatı niyə ictimaiyyətə təqdim olunmur? 14-24 il əvvələ aid işlərin məhz indi “dirilməsi” hansı səbəblərə söykənir? Şahin Şıxlinskiyə qarşı irəli sürülən ittiham sübutlarla təsdiqlənibmi? Yoxsa bu, diasporun parçalanması məqsədi güdən siyasi ittihamdır? Azərbaycan tərəfinin atdığı addımlardan sonra niyə Rusiya eyni jesti göstərmədi? Bu sualların hər biri Azərbaycan cəmiyyətində haqlı şəkildə ciddi narahatlıq yaradıb.

Yekaterinburqda və bütövlükdə Ural regionunda azərbaycanlılara qarşı aparılan son aylardakı həbslər təkcə kriminal proses deyil. Bu, həm də insan hüquqları məsələsi, diaspor təhlükəsizliyinin zəifləməsi, Bakı-Moskva münasibətlərində yeni gərgin xəttin yaranmasıdır.

Həbsdə olan həmvətənlərimizin taleyi, Səfərov qardaşlarının ölümü və Şahin Şıxlinskiyə qarşı irəli sürülən ağır ittihamların siyasi fonu yaxın aylarda Azərbaycan-Rusiya münasibətlərinin ən həssas mövzularından biri olaraq qalacaq. /musavat.com/

Facebook WhatsApp Telegram Twitter Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri