Hicab üzərindən Azərbaycana qarşı Troya atı oyunu…
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzi qonşu ölkələr üçün hicab məsələsi Azərbaycana təsir göstərmək üçün təzyiq alətinə çevrilib.
Azərbaycan əhalisinin dini inancı və həssaslığından sui-istifadə edərək cəmiyyətimizdə qarşıdurma yaratmaq, insanları bir-birinə qarşı qoymaq və milli birliyimizə zərər vurmaq cəhdləri yenidən fəallaşıb.
Burada əsas məsələ heçdə hicab təəssübkeşliyi deyil, əksinə, hicabın arxasında məkrli planların gizlənməsidir.
Şübhəsiz ki, hər kəsin dini inancına hörmət edilməlidir. Ancaq əhalinin həssas təbəqəsinin dini dəyərlərindən sui-istifadə edərək, başqa dövlətlərin maraqlarını "hicab" adı ilə Azərbaycanın daxilinə "Troya atı" kimi yerləşdirməyə çalışmaq və bundan istifadə edərək cəmiyyəti parçalamaq istəkləri yolverilməzdir. Əslində, dövlət hicabın yox, radikallığın, Azərbaycanın Əfqanıstan, Suriya, İran olmasının qarşını alır və düz də edir.
Azərbaycanın gücü onun dünyəviliyində, dini tolerantlığında və müxtəlif düşüncəli insanların eyni dövlətin vətəndaşı olaraq bir arada yaşamasındadır. Bu birliyi pozmağa çalışanlar isə Azərbaycan xalqına yaxşı məlumdur. Azərbaycan cəmiyyəti dini dəyərlərlə siyasi manipulyasiyanı bir-birindən ayırmağı bacarır.
Başqa ölkələr kimi, Azərbaycan dövlətinin də qanunları var, hamı qanun qarşısında eynidir. Necə ki, şortiklə, qısa ətəkli geyimlərlə məktəbə gedilməsinə icazə verilmirsə, hicabla da bağlı məsələyə eyni yanaşma olmalıdır. İnsanlarımızın dini inanclarından heç kimin siyasi oyuncaq və xarici təsir vasitəsinə çevrilməsinə imkan vermək olmaz.
Vasif Həsənli
Baxış sayı:158
Bu xəbər 09 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















