Icma.az
close
up
RU
Siyasət Əsgərov: “Xallar qazana bilsəydik…”

Siyasət Əsgərov: “Xallar qazana bilsəydik…”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda bu gün “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:5 hesablı məğlubiyyətin onlar üçün gözlənilməz olduğunu deyib:

“Təəssüf ki, nəticə belə oldu. Rəqib çox keyfiyyətli komanda idi. Düzdür, onlardan səfərdə 1 xal ala bilmişdik. Düşünürəm ki, evdə böyük hesabla məğlub olmağımızın əsas səbəblərdən biri əksər futbolçularımızın Türkiyə çempionatında çıxış etməsidir. Orada mövsüm mayın 5-də başa çatıb. Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq. Eyni zamanda, oyun praktikasından əziyyət çəkirdilər. Bunu oyun zamanı da hiss etdik. Üstəlik, Manə Mollayeva və Peritan Bozdağ cəzalı olduqları üçün bizə kömək edə bilmirdilər. Esra Manya da son məşqdə zədələndiyi üçün riskə getmədik. Bu futbolçuların boşluğunu doldura bilmədik”.

S.Əsgərov son tur öncəsi millinin pley-off mərhələsinə vəsiqə şansını qoruduğunu sözlərinə əlavə edib:

“Bu gün xal və ya xallar qazana bilsəydik, qrupu ikinci pillədə də tamamlaya bilərdik. Ancaq qarşıda hələ bir oyun var. İsveçrə ilə səfər matçında heç-heçə pley-offa vəsiqə şansımızı artıra bilər. Hətta 4 xalla belə, bunu reallaşdırmaq şansımız var. Təbii ki, bu, digər qruplardakı nəticələrdən də asılı olacaq. Pley-offa vəsiqə qazanmaq şansını itirməmişik”.

Baş məşqçi A milli komandada debüt edən gənc futbolçu Xanım Əsədovanın çıxışından razı qalıb:

“Xanım Əsədova azsaylı istedadlardan biridir. O, çoxdan nəzərimizdə idi. İki futbolçumuz cəzalı olduğundan, Xanımı görüşün iştirak ərizəsinə daxil etmək qərarına gəldik. Düşündük ki, bu, Xanım üçün stimul olar. Onun gələcəyi naminə bu addımı atdıq. Matçın gedişində də şans vermək qərarına gəldik. Xanım Əsədovanı gələcək illərdə tez-tez milli komandada görə biləcəyik”.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 İyun 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri