Icma.az
close
up
RU
“Siyasət hisslər və populizm üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur” Deputat

“Siyasət hisslər və populizm üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur” Deputat

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Son günlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Azərbaycanın xarici siyasətinə qarşı emosional və səthi yanaşmalar müşahidə olunur. Bu yanaşmalar ölkənin dövlətçilik maraqlarına zidd şəkildə ictimai rəyə təsir göstərmək və siyasi manipulyasiya yaratmaq məqsədi güdür. Təəssüf doğuran hal ondan ibarətdir ki, regional və qlobal proseslərin mürəkkəbliyi nəzərə alınmadan məsuliyyətli dövlət siyasəti populist ritorika ilə təhrif olunur. Halbuki Azərbaycanın yürütdüyü xarici siyasət nə spontan, nə də emosional davranışlara əsaslanır. Bu siyasət tarazlı, hesablanmış və çoxvektorlu yanaşma üzərində qurulmuş dövlətçilik strategiyasıdır”. 

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. 

O vurğulayıb ki, Azərbaycan regional və qlobal miqyasda strateji mövqeyə malik bir dövlətdir:

“Bu mövqe ölkəmizi müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi əraziyə çevirir. Belə bir geosiyasi reallıqda balanslı siyasət təkcə seçim deyil, həm də zərurətdir. Azərbaycanın xarici siyasət kursu milli maraqlara, müstəqilliyin möhkəmləndirilməsinə, regional sabitliyə və enerji təhlükəsizliyinə xidmət edir”.

Deputat söyləyib ki, bu çərçivədə Azərbaycan həm Rusiya ilə qonşuluq və iqtisadi əməkdaşlıq münasibətlərini qoruyur, həm də beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib:

“Ukraynaya göndərilən humanitar yardımlar, beynəlxalq platformalarda tutulan mövqelər Azərbaycanın mötədil və məsuliyyətli xarici siyasətinin nümunəsidir. Bəzi informasiya resurslarında səsləndirilən “Azərbaycan gəmiləri vasitəsilə Rusiyaya dəstək verir” tipli iddialar qeyri-dəqiq və kontekstdən çıxarılmış şəkildə təqdim olunur. Avropa İttifaqının və Böyük Britaniyanın sanksiyalar siyahısında bəzi tanker adlarının keçməsi təkbaşına siyasi nəticə çıxarmaq üçün əsas ola bilməz. Bu məsələdə hüquqi və kommersiya baxımından detallı araşdırma aparılmadan gəmilərin adları üzərindən Azərbaycan dövlətinə qarşı ittihamlar səsləndirmək qeyri-ciddi və məsuliyyətsiz yanaşmadır”. 

V.Qafarov bildirib ki, qeyd olunan tankerlərin – “Qarabağ”, “Şuşa”, “Zəngəzur”, “Nizami Gəncəvi” – adları milli və tarixi dəyərlərimizi ifadə edir:

“Bu adların siyasi manipulyasiya alətinə çevrilməsi cəmiyyətin həssas dəyərlərinə hörmətsizlik və milli simvolikaya qarşı məsuliyyətsiz yanaşmadır. Əgər ortada hüquqi əsaslar varsa, bu, aidiyyəti qurumlar tərəfindən araşdırılmalı və lazımi addımlar atılmalıdır. Lakin bu məsələdən siyasi təxribat məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanın xarici siyasəti regional reallıqlar, milli təhlükəsizlik və suveren maraqlar nəzərə alınaraq müəyyənləşdirilir: “Bu siyasətin məqsədi yalnız beynəlxalq münasibətlərdə mövqe qazanmaq deyil, həm də vətəndaşın təhlükəsizliyini, iqtisadi sabitliyi və geosiyasi balansı qorumaqdır.
İctimai diskursda məsuliyyətli mövqelərin üstünlük təşkil etməsi, dövlətin strateji qərarlarının emosiyadan uzaq təhlil olunması və faktlara əsaslanan müzakirələrin təşviq edilməsi cəmiyyətin və dövlətin uzunmüddətli maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Unutmayaq ki, siyasət hisslər üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur. Bu isə yalnız balansla, məsuliyyətlə və strateji baxışla mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 İyul 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri