Icma.az
close
up
RU
Siyasət xəritəsi: 2025 ci il dünyada hansı hadisələrlə xatırlanacaq?

Siyasət xəritəsi: 2025 ci il dünyada hansı hadisələrlə xatırlanacaq?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin siyasi mənzərəsinə nəzər salsaq, öncə ABŞ-də keçirilən prezident seçkisi diqqət mərkəzinə düşür.

Dörd il fasilədən sonra yenidən seçilən Prezident Donald Trampın səlahiyyətlərinin icrasına başlaması və bu ölkənin xarici siyasət kursunda radikal dəyişiklər etməsi dünyanın siyasi mənzərəsinə də ciddi təsir edib.

İl ərzində ABŞ-nin Ukraynaya hərbi dəstəyi kəskin azaltması, müharibənin dayandırılması üçün Kiyevə təzyiqlərin başlaması müşahidə olunub.

Oxu.Az dünya mətbuatının gündəmini zəbt etmiş, siyasət və tarixin axarına təsir göstərmiş ən əhəmiyyətli xəbərləri oxucuların yadına salır.

Qəzzada müharibənin mərhələli şəkildə dayandırılması barədə razılıq

Yanvarın 15-də HƏMAS və İsrail Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin bərqərar olması barədə razılığa gəliblər. Qəzza zolağında atəşkəs razılaşmasının yanvarın 19-dan qüvvəyə minəcəyi məlum olub.

Razılaşmanın birinci mərhələsinin 42 gün davam edəcəyi və bu müddət ərzində növbəti raundun şərtlərinin müəyyənləşəcəyi bəlli olub.

Donald Tramp vəzifəsinin icrasına başladı

Yanvarın 20-də ABŞ-nin 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub.

Tədbir Kapitolidə, Konqresin binasında keçirilib və Trampın sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

Bu dəyişikliyə əsasən, xarici siyasət Birləşmiş Ştatların qlobal liderliyi prinsipi ilə deyil, "ABŞ hər şeydən əvvəl" formatında həyata keçirilməyə başlayıb.

Ağ Evdə Tramp və Zelenski arasında gərgin görüş

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə Donald Trampla baş tutan danışıqlarda gərgin anlar yaşanıb.

Yüksək tonlu müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başlayıb.

Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və "Amerikanın nə etməli olduğunu diktə etmək hüququnun olmadığını" söyləyib.

"Müharibənin başlanğıcından bəri əlverişsiz şəraitdəsiniz. Siz minnətdar olmalısınız. İnsanlar ölürlər, sizdə hərbi qüvvələr çatışmır. Siz bizə atəşkəs istəyib-istəmədiyinizi deyə bilməzsiniz. Axmaq prezident (Co Bayden - red.) vasitəsilə sizə 350 milyard dollar, hərbi texnika verdik. Əgər bizim hərbi texnikamız olmasaydı, bu müharibə iki həftədən az vaxtda bitərdi", - ABŞ prezidenti bildirib.

Zelenski oxşar sözləri Putinin dilindən də eşitdiyini vurğulayıb.

"Bu şəkildə işlər davam edə bilməz", - deyə Tramp etiraz edib.

İsrail iki aylıq atəşkəsdən sonra Qəzza zolağına hücumlarını bərpa etdi

Martın 18-də İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

Bildirilib ki, HƏMAS-ın obyektlərinə silsilə zərbələr endirilib.

Hücum nəticəsində Qəzzada minlərlə adam ölüb.

Ekrem İmamoğlu həbs olundu

Martın 19-da İstanbul bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu saxlanılıb və onun evində axtarış aparılıb.

Korrupsiya və terror təşkilatı ilə bağlı istintaq çərçivəsində saxlanılan CHP təmsilçisi barəsində prokurorluq tərəfindən iki ayrı araşdırma aparılıb.

O, "PKK ilə əməkdaşlıq" və "Korrupsiya və rüşvətxorluq" maddələri üzrə ittiham olunub.

Roma Papası vəfat etdi

Aprelin 21-də Roma Papası Fransisk 88 yaşında vəfat edib.

Əsl adı Xorxe Mario Berqolyo olan pontifik 2013-cü ilin martında səhhətində yaranan problemlərə görə taxtdan imtina etməyə qərar verən XVI Benediktin yerinə Müqəddəs Pyotr taxtına seçilib.

Papa Fransisk tarixin ən mütərəqqi və islahatçı pontifiklərindən biri kimi yadda qalıb. O, dinlər arasında dialoqu, ətraf mühitin mühafizəsini, yoxsullara və imkansızlara yardımı fəal şəkildə müdafiə edib.

Ölümündən cəmi bir gün əvvəl, aprelin 20-də Papa Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi Pasxa nitqi ilə sonuncu dəfə dindarlara müraciət edib. Pontifik Qəzza zolağı və Ukraynadakı vəziyyəti əsas gətirərək münaqişə zonalarında sülhə çağırış edib. Bu sözlər bütün həyatını Tanrıya və insanlara xidmətə həsr etmiş insanın bir növ mənəvi vəsiyyəti olub.

Hindistan-Pakistan sərhədində döyüşlər

Aprelin 29-da Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb.

Hindistanın Baş naziri Narendra Modi aprelin 29-da hərbçilərə "tam operativ azadlıq" verib.

Bildirilib ki, əgər indiyədək hər iki tərəf yalnız atıcı silahlar və ağır pulemyotlardan istifadə edirdisə, artıq artilleriya vasitələri də işə salınıb.

İki ölkə arasında baş verən toqquşmalarda hər iki tərəfdən itkilər olub. Bölgədə gərgin vəziyyət davam edir. Hindistan və Pakistan sərhədində, xüsusən Cammu və Kəşmir bölgələrində zaman-zaman silahlı toqquşmalar baş verir.

PKK terror təşkilatı özünü ləğv etdi

1984-cü ildən fəaliyyətə başlayan PKK terror təşkilatı mayın 12-də silahları yerə qoyduğunu açıqlayıb.

"5-7 may tarixlərində toplanan 12-ci qurultayımız uğurla başa çatıb. Qurultayda PKK-nın ləğv edilməsi və silahlı mübarizə üsuluna son qoyulması ilə bağlı qərar verilib, PKK adı altında aparılan işlərə son qoyulub", - deyə PKK-nın bəyanatında qeyd edilib.

Yeni Roma Papasının andiçmə mərasimi

Mayın 18-də yeni Roma Papası XIV Leo andiçmə mərasimi çərçivəsində papalıq hakimiyyətinin iki rəmzini alıb: "balıqçı üzüyü" (Papa üzüyü) və palliumu (qoyun yunundan xaçlarla naxışlı lent).

Bu qədim mərasim 267-cı Roma Papasının pontifikatının başlamasının rəmzini göstərib.

Papa xütbəsi ilə başa çatan inaqurasiya ayininə (messa) XIV Leonun özü başçılıq edib.

Ayində çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak ediblər.

İsrail-İran münaqişəsi

İyunun 13-də İsrail Müdafiə Ordusu (SAXAL) İrana zərbələr endirməyə başlayıb.

Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu xalqa təcili televiziya müraciətində bildirib ki, İsrail İranın nüvə proqramının kritik əhəmiyyətli obyektlərinə zərbələr endirib.

"İsrail indicə İranın İsrailin mövcudluğuna təhdid yaratdığı təhlükəni aradan qaldırmaq üçün "Qalxan şir" dəqiq hərbi əməliyyatını həyata keçirdi", - deyə Netanyahu bildirib.

ABŞ İranın nüvə obyektlərinə zərbə endirdi və sülh razılaşması əldə olundu

İyulun 22-də ABŞ Prezident Donald Donald Tramp bu ölkənin qırıcılarının İrandakı üç nüvə obyektinə zərbə endirdiyini bildirib.

"Biz İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla üç nüvə obyektinə uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdır.

Amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - deyə ABŞ prezidenti sosial şəbəkə hesabında yazıb.

İyunun 24-də isə ABŞ Prezidenti Donald Tramp İran-İsrail münaqişəsi ilə bağlı sülh razılaşması əldə olunduğunu bəyan edib.

Kamboca və Tailand arasında münaqişə

İyulun 24-də Kamboca və Tailand arasındakı mübahisəli sərhəddə silahlı toqquşmalar başlayıb.

Hər iki tərəfin hərbi qüvvələri bir-birini ilk atəşi açmaqda ittiham ediblər.

Tailand hərbçilərinin bəyanatına əsasən, Kamboca mübahisəli ərazidə yerləşən Ta Moan Thom məbədi yaxınlığında atəş açıb.

Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi isə bildirib ki, krallığın Silahlı Qüvvələri özünümüdafiə məqsədilə cavab verib.

Tərəflər arasında münaqişə hələ də davam edir. Hər iki tərəfdən itkilərin olması barədə məlumatlar yayılır.

Azərbaycan və Ermənistan liderləri Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannamə imzaladılar

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən tarixi görüşünə dair Birgə Bəyannamə imzalanıb.

Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün iki əsas şərt irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi, ikinci şərt - Ermənistan konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Azərbaycan və Ermənistan liderlərinin imzaladığı birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsinə dair iki ölkənin ATƏT-in baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir.

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətni paraflanandan sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Azərbaycan liderinin bu tələbi də Ermənistan tərəfindən qəbul edilib. Belə ki, imzalanan Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır.

Bu sənəd tərəflərin tamhüquqlu və hüquqi öhdəliyi olan sülh sazişinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu göstərib.

"Biz bu gün, həqiqətən də, təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, sərmayələr, enerji təhlükəsizliyi və bir sıra digər mövzular üzrə tarixi bir günə şahidlik edirik".

Bu fikri isə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda imzalanan Birgə Bəyannamədən sonra Azərbaycan mətbuatına müsahibəsində deyib.

Trampla Putinin Alyaskada görüşü

Avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinin ABŞ-yə səfəri baş tutub. Alyaskada ABŞ lideri Donald Trampla Ukrayna münaqişəsinin həlli istiqamətində vacib danışıqlar aparılıb.

"Ümid edirəm ki, ABŞ ilə əldə olunan anlaşma Ukraynada sülhə yol açacaq".

Bunu Putin Trampla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Rusiya Ukrayna xalqını qardaş, baş verənləri isə faciə və böyük ağrı hesab edir. Əminəm ki, Tramp o vaxt ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmazdı. Hesab edirəm ki, Ukraynada münaqişə nə qədər tez başa çatsa, bir o qədər yaxşı olar", - Rusiya lideri qeyd edib.

Donald Tramp isə Vladimir Putinlə Ukrayna ilə bağlı əldə olunan anlaşmanı yekun razılaşma adlandırmayıb və bunun üçün bütün tərəflərin razılığının tələb olunacağını vurğulayıb.

"Biz bir çox, olduqca çoxlu bəndlər üzrə razılaşdıq. Bir neçə vacib məqam üzrə hələ tam razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik. Ona görə də hələ ki razılaşma yoxdur", - deyə Tramp bildirib.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verildi

Sentyabr 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk qrupu və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin dekabr 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qərarda, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilən sözügedən qurumun münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.

Sözügedən qərarın qəbulu, avqustun 8-də Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addım hesab olunur.

Fransanın sabiq prezidenti Nikolya Sarkozi həbs olundu

Sentyabrın 25-də Fransa məhkəməsi keçmiş prezident Nikolya Sarkozini özünün seçki kampaniyasını Liviyadan maliyyələşdirməsi üzrə cinayət işində təqsirli bilib.

Sabiq ölkə başçısı beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İşlə bağlı təhqiqat 2012-ci ildə Liviya hakimiyyətinin Sarkozinin 2007-ci il prezidentlik kampaniyasına 50 milyon avro köçürdüyünə dair sənədlərin KİV-də dərc olunmasından sonra başlayıb.

Bundan sonra Sarkozi, həmçinin seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsində və korrupsiyada ittiham olunub.

"Mən məsuliyyəti öz üzərimə götürəcəyəm, məhkəmələrin tələblərini yerinə yetirəcəyəm. Əgər onlar, həqiqətən də, həbsxanada yatmağımı istəyirlərsə, yatacağam, lakin başım dik şəkildə - mən günahsızam, bu ədalətsizlik heç bir çərçivəyə sığmır", - deyə Sarkozi həbs olunmasına münasibət bildirib.

Gürcüstanda hakim partiya seçkidə qalib gəldi

Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkisində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası qalib gəlib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumatda yayıb.

Məlumata görə, "Gürcü arzusu" ölkə üzrə 81%-dən çox səs toplayıb. Hakim partiya bütün şəhər və rayon məclislərində çoxluq əldə edib.

Tbilisidə hakim partiyadan mer vəzifəsinə namizəd Kaxa Kaladze səslərin 71.61%-ni toplayıb.

Kaladzenin üçüncü dəfə Tbilisi meri seçilməsindən sonra ölkədə etiraz aksiyaları başlayıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunların xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirildiyini bəyan edib.

Braziliya COP30-a ev sahibliyi etdi, COP31-in Türkiyədə keçiriləcəyi bəlli oldu

Noyabrın 10-dan 21-nə qədər Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 30-cu sessiyası (COP30) keçirilib.

Nüfuzlu tədbir Braziliyanın Belem şəhərində baş tutub.

Tədbirdə iqlim dəyişikliyi ilə mübarizə üzrə prioritet tədbirlər müzakirə edilib.

Konfransa bir sıra dünya liderləri, elm adamları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri qatılıblar.

COP29-un prezidenti Muxtar Babayev konfransın açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib.

COP30 ənənəvi yerli geyimdə olan bir qrup insanın konfrans zalına hücum etməsi ilə də yadda qalıb. Eləcə də konfrans zamanı rəsmi tədbirlərin keçirildiyi binalardan birində yanğın hadisəsi baş verib.

Həmçinin, Türkiyənin gələn il COP31-ə ev sahibliyi edəcəyi də müəyyənləşib. Tədbir Antalya şəhərində keçiriləcək.

Sidneydə yəhudi bayramında terror aktı

Dekabrın 14-də Sidneydə (Avstraliya) baş verən terror aktı zamanı azı 16 nəfər ölüb, 40-dan çox xəsarət alan olub.

Hadisə Bondi çimərliyində yəhudilərin Hanuka bayramının qeyd edilməsi zamanı törədilib.

Silahlı iki şəxs insanlara atəş açıb. Hadisə yerində əksəriyyəti uşaqlı ailələrdən ibarət mindən çox insan olub. Terrorçulardan biri hadisə yerində polis tərəfindən öldürülüb, digəri yaralanıb və saxlanılıb.

Ələ keçirilən 24 yaşlı Navid Akrama qarşı qətl və terror aktı törətmək də daxil olmaqla 59 maddə ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri