İqtisadi artım və sosial siyasət: 2025 ci ilin göstəriciləri TƏHLİL
Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.
2025-ci il Azərbaycan iqtisadiyyatı və sosial sahəsi üzrə uğurlu göstəricilərlə yadda qalıb. Eyni zamanda, sosial sahədə əhalinin gəlirlərinin artırılması, pensiyaların indeksləşdirilməsi və minimum əməkhaqqının yüksəldilməsi kimi addımlar davam etdirilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının icrası da 2025-ci ilin önəmli uğurları arasında yer alıb.
Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov bildirib ki, 2025-ci il iqtisadi baxımdan uğurlu il olmuşdur:
“Ölkəmizin valyuta ehtiyatları 85 milyard dollara çatmaqla xarici dövlət borcumuzdan 17 dəfə çoxdur. 11 ayın xarici ticarət dövriyyəsi 40 milyard dolları keçmiş və ticarət balansımızda müsbət saldo üstünlük təşkil etmişdir.
2025-ci ildə sosial siyasət də uğurla davam etdirilmişdir. Belə ki, əhalinin pul gəlirləri 6–6,5% artmış, nominal orta aylıq əmək haqqı isə 10%-ə yaxın yüksəlmişdir. 2025-ci ilin yanvarından pensiyalar 8,2% indeksləşdirilmiş, orta aylıq pensiya 9,5%, minimum pensiya isə 14,3% artmışdır.
2025-ci il həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından da əlamətdar olmuşdur. Belə ki, cari ilin sonuna qədər 22 milyard manat bu ərazilərin yenidən qurulması və bərpasına ayrılmış, 15-dən çox yaşayış məntəqəsinə isə 21 mindən çox keçmiş məcburi köçkün qayıtmışdır. İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu sürətlə yenidən qurulmuşdur.
Qafqazın “Xirosinması” adlandırılan Ağdam şəhərində 60-dan çox mərtəbəli yaşayış binası və müasir infrastruktur tikilmişdir. Ağdam Sənaye Parkında 970 iş yeri yaradılmış, 945 milyon manatlıq məhsul istehsal edilmiş və bunun 40 milyon manatı xaricə ixrac olunmuşdur. Bu baxımdan 2025-ci il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası baxımından da uğurlu olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, iqtisadi artım tempinin qorunub saxlanmasında əsas amillərdən biri qeyri-neft və qaz sektorunun payının artmasıdır:
“Belə ki, 2025-ci ilin geridə qalan aylarında neft və qaz sektorunda 1,8% azalma qeydə alınmasına baxmayaraq, qeyri-neft və qaz sektorunda təxminən 4% artım müşahidə olunub. Bu da göstərir ki, 2025-ci ildə qeyri-neft sektoru iqtisadi artımın əsas drayverinə çevrilib.
Bu tendensiya iqtisadiyyatın şaxələndirilməsi (diversifikasiya) və artımın dayanıqlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə 2025-ci ilin ən mühüm iqtisadi xüsusiyyətlərindən biri qeyri-neft və qaz sektorunun ümumi iqtisadi artıma təsir imkanlarının genişlənməsi olmuşdur.
Eyni zamanda qeyd olunur ki, inflyasiya əvvəlki illərlə müqayisədə daha aşağı səviyyədədir. Xüsusilə 2022–2023-cü illərlə müqayisədə inflyasiya təzyiqləri azalıb. 2025-ci ildə rəsmi statistikaya əsasən inflyasiya təxminən 6% olub. Bununla belə, vətəndaşların gündəlik istehlak etdiyi bəzi məhsullarda qiymət artımı 8,1–9,2% səviyyəsində hiss olunur ki, bu da rəsmi inflyasiya rəqəmlərindən yüksəkdir və əhalinin real hiss etdiyi bahalaşmanı əks etdirir.
2025-ci il eyni zamanda Azərbaycanın iqtisadi tarixində növbəti sosial paketlərin icrası ilə də yadda qalıb. Minimum əməkhaqqı, minimum pensiya və sosial müavinətlərdə artımlar baş vermiş, bu artımlar 3 milyondan çox vətəndaşı əhatə etmişdir. Dövlət büdcəsindən bu məqsədlə 1,4 milyard manat əlavə vəsait ayrılmışdır.
Ümumilikdə 2025-ci ilin dövlət büdcəsində sosial istiqamətə təxminən 17 milyard manat vəsait yönəldilmiş, bu da büdcə xərclərində sosial yönümlülüyün artdığını göstərmişdir. Bu tədbirlər əhalinin sosial rifahının gücləndirilməsinə və həssas qrupların müdafiəsinin artırılmasına xidmət edir.
Bununla yanaşı, büdcə idarəçiliyində də müsbət nəticələr əldə olunub. Maliyyə Nazirliyi tərəfindən büdcə vəsaitlərinin banklarda yerləşdirilməsi hesabına təxminən 7,5% gəlir əldə olunmuş ki, bu da büdcə dayanıqlığının təmin edilməsi baxımından mühüm addım hesab olunur".
Onun sözlərinə görə, 2026-cı il üçün isə daha böyük büdcə göstəriciləri proqnozlaşdırılır:
"2026-cı ilin dövlət büdcəsinin son illərin ən iri büdcəsi olacağı gözlənilir. Sosial sahəyə təxminən 17,1 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 3,5 milyard manat vəsait ayrılması planlaşdırılır. Ümumilikdə, bu ərazilərin bərpasına indiyədək yönəldilən vəsait 26 milyard manatdan çox olacaq.
Bu addımlar ölkə iqtisadiyyatının bərpası, regional inkişafın sürətləndirilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması baxımından əsas prioritetlərdən biridir".

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 30 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları