Icma.az
close
up
RU
Siyasətçilər nədən Mehdiyev olayını susqunluqla müşahidə edirlər? KONKRET

Siyasətçilər nədən Mehdiyev olayını susqunluqla müşahidə edirlər? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündən sonra “beşinci kolon” təzəcə nəfəs almağa başlayırdı ki, Azərbaycan dövləti onun başında dayanan Ramiz Mehdiyevin haqqında hökmünü verdi.

KONKRET.az xəbər verir ki, bu barədə NOCOMMENT.az məlumat yayıb.

Amma təzadlı durum yaranıb. Dünən axşam saatlarından başlayaraq ölkə mediasının nümayəndələri bu məsələni fəl şəkildə araşdırmağa başlasalar da, sosial şəbəkələrdə vətəndaş və dövlətçilik mövqeyi ilə seçilən izləyicilər bu xəbəri “Oh, ürəyimizə yağ kimi yayıldı” kimi şərh etsələr də, siyasi elitaya daxil olan partiyaların funksionerlərinin, Milli Məclisin deputatlarının səsi eşidilmir.

Əslində ölkədə Ramiz Mehdiyevin üzdə görünən müdafiəçiləri çox deyil. Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasında diplomat qalmaqalı ilə bağlı video qalmaqalından sonra Prezident Administrasiyasının o zaman rəhbəri olan Ramiz Mehdiyevi müdafiə edən şəxs tapılmırdı. O zaman yalnız Milli Məclisin deputatı olan Zahid Oruc meydana atılaraq “525-ci qəzet”də öz “paxanı”nı müdafiə edən palaz boyda məqalə yazmışdı.

Nə hikmətdirsə, sonradan məhz Zahid Oruc deputatlıqla yanaşı həm də Sosial Tədqiqatlar Mərkəzinə rəhbər təyin olundu. Amma Mehdiyev mədəni şəkildə Milli Elmlər Akademiyasına göndəriləndən sonra cəmiyyətin tanınmış ictimai-siyasi xadimləri və AMEA-nın alimləri Ramiz Mehdiyevi istefaya çağırsa da Zahid Oruc heç səsini də çıxarmadı.

İndi ölkəmizin Rusiyanın təsiri altında olan “xadimlərdən” qurtulmağa çalışdığı mühüm dönəmdə Zahid Oruc, Ramiz Mehdiyevin kitablarını bütün ölkə boyu təbliğ edən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kimilərindən səs-səda duyulmur. Adı hallandırılmasaydı, bəlkə də Əli Həsənov da susacaqdı. Doğrudur, Mehdiyev dəstəsinə daxil edilmək qorxusundan həyəcan keçirən, amma əməlləri ilə ondan heç də geridə qalmayan Əli Həsənovun danışmasına onsuz da cəmiyyətimizin ehtiyacı yoxdur.

Lakin bütün dövlət tədbirlərində başda oturulan, dövlətin bütün təltiflərinə və imtiyazlarına layiq görülən, İlham Əliyevi bağırlarına basmaq üçün növbəyə düzülən şəxslər – elm, siyasət, mədəniyyət, incəsənət xadimlərinin bu hadisəyə biganə münasibəti düşündürücüdür. Elə təsəvvür yaranır ki, sanki ölkənin milli maraqlarının keşiyini yalnız kütləvi informasiya vasitələri çəkir.

Ramiz Mehdiyevin məkrli xislətinə yaxşı bələd olan Milli Məclisin rəhbərliyi, 125 deputat, hakim partiya olan YAP-ın rəhbər şəxsləri, tanınmış politoloqlar, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, ali təhsil müəssisələrinin, yaradıcı birliklərin rəhbərləri danışmağa cəsarət etmirlər.

Haradadır sizin müstəqil vətən təəssübkeşliyiniz, Ramiz Mehdiyev kimi satqınları ifşa edən, Qarabağı ölkəmizə və xalqımıza qaytaran qətiyyətli dövlət başçısına sədaqətinizi göstərən açıqlamalarınız?

Biabırçılıq ondadır ki, hələ də efirdən, özü də ARB-nin efirindən Ramiz Mehdiyevə “Ramiz Ənvəroviç” deyən, onun alimliyinə hörməti olduğunu vurğulayan media mənsibları tapılır.

Əlbəttə, heç kim, “əcinnə ovu”na çıxılmasının tərəfdarı deyil, amma bu zatın Rusiyanın maraqlarına xidmət etməsi, ölkəmizdə hakimiyyəti ələ keçirməyə çalışması ilə bağlı ittihamların irəli sürülməsi sıradan hadisə deyil axı.

Əgər susacaqsınızsa, sizin Mirzə Cəlilin “ölüləri”ndən nə fərqiniz var?!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Oktyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri