Icma.az
close
up
RU
Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi KONKRET

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ramiz Mehdiyevin içində, köksündə həssas bir ürək var, çox sərraf adamdır… Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq”.

KONKRERT.az publika.az-a istinadən xəbər verir ki, dövlətə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı bu sözləri onun ailə üzvləri, qohumları, yaxud vəzifədə olarkən, ətrafına topladığı komandasının hansısa üzvü yox, Milli Şuranın üzvü, radikal müxalifətçi kimi çıxış edən Gültəkin Hacıbəyli deyir. Hətta iddia edir ki, Ramiz Mehdiyevin nüfuzu və qorxusu olmasaydı, çoxları daha pis və xain addımlar atardı.

Deputat olduğu vaxt Mehdiyevin şəninə tərif yağdıran Hacıbəylinin mandat əldə edə bilmədiyi üçün müxalifətə keçdikdən sonra tam əks mövqedən çıxış etməsi siyasi deqradasiya kimi qiymətləndirilə bilər, hərçənd, keçmiş PA rəhbərinin müxalifətlə separat əlaqələri haqda yayılan məlumatlar məsələnin daha dərin qatlarına diqqət çəkir. Və Hacıbəylinin Milli Şuraya qoşulmasının da Mehdiyevin xeyir-duası ilə baş verdiyini deməyə əsas verir.

Mehdiyevlə müxalifətin gizli əməkdaşlığı birincinin dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubdan sonra yenidən aktuallaşdı. Məktubdan aydın olur ki, Mehdiyev çevriliş planı baş tutacağı təqdirdə, 50 nəfərdən ibarət “Dövlət Şurası” yaratmaq istəyirmiş. Rusiyada müəyyən qruplara təqdim etdiyi 50 nəfərlik siyahıda müxalifət nümayəndələri də var. Onlardan ikisinin – AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin adı məlumdur. Bu məlumatlar fonunda Gültəkin Hacıbəylinin Mehdiyevin şəninə tərif yağdırması heç də təəccüblü deyil və təsdiq edir ki, Hacıbəylinin müxalifətə keçidi siyasi deqradasiyadan daha çox, müəyyən planın tərkib hissəsi olub. Hələ parlamentin üzvü olduğu dövrdə Mehdiyevə xüsusi sevgi bəsləyən Gültəkin Hacıbəyli mandat ala bilmədikdən sonra vaxtilə müdafiə etdiyi hakimiyyətə qarşı çıxması və Əli Kərimlinin dəstəsinə qoşulması keçmiş PA rəhbərinin təlimatları əsasasında baş verib. Məqsəd hakimiyyətə qarşı müxalifət düşərgəsindəki hücumları gücləndirmək idi.

Ramiz Mehdiyev formalaşdırdığı “beşinci kalon” təkcə iqtidar yox, müxalifət düşərgəsini də əhatə edirdi. Müxalifət düşərgəsindəki əsas fiqur Əli Kərimli olub. AXCP sədrinin 90-cı illərin ikinci yarısında – Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin “çətiri” altına keçdiyi məlumdur. Onlar arasındakı təmasların 2000-ci illərdə daha da gücləndiyi və Kərimlinin birbaşa Mehdiyevin direktivləri ilə hərəkət etdiyi deyilir. Mehdiyev Əli Kərimliyə təlimatları təyin etdiyi “vasitəçi” vasitəsilə çatdırırmış. Məlumatlara görə, Mehdiyevlə Əli Kərimli arasındakı gizli əlaqəni Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov yaradıb. Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb.

Mehdiyevin təlimatları nədən ibarət olub?

– mitinq və aksiyaların keçirilməsi;
– sosial şəbəkə və informasiya resurslarında hakimiyyətə qarşı ittihamların irəli sürülməsi;

Məlumatlara görə, Mehdiyev müxalifəti hakimiyyəti ittiham etmələri üçün müəyyən kompromontlarla da təmin edib. Mitinq və aksiyaların keçirilməsi ilə bağlı verdiyi təlimatların isə iki əsas hədəfi var idi.

Birincisi, müxalifətin “güclü” olduğunu və iqtidara qarşı təhlükə yaratdığını nümayiş etdirmək;
İkincisi, müxalifətə qarşı o və dəstəsinin mübarizə apardığını, onlar olmasa, iqtidarın çətin vəziyyətə düşəcəyini göstərmək;


Bununla Mehdiyev öz postunun dayaqlarını gücləndirir və özünü hakimiyyəti “qoruyan” əsas fiqur kimi təqdim edirdi. 2018 və 2019-cu illərdə Milli Şuranın xüsusilə aktivləşməsi də bu planın bir hissəsi idi. Çünki 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən ilk növbədə icraedici orqanlarda böyük yenilənmələrlə müşahidə edilən genişmiqyaslı islahat kursuna start verildi. Mehdiyev və ətrafı vəzifədən getmək riskini hiss edirdilər. Müxalifəti intensiv şəkildə mitinqlər keçirməklə bağlı təlimatlandıran Mehdiyev bununla “özünün və ətrafının” iqtidarın müdafiəsində əsas “qalxan” olduğunu sərgiləyir, bununla mövqelərini qorumağa çalışırdı. Məlumatlara görə, Mehdiyev mitinqlərin təşkili üçün müxalifətə böyük pullar ötürüb.

Mehdiyevin təlimatları ilə keçirilən mitinqlərdə əsas diqqətçəkən məqamlardan biri isə bunların Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi zamanı baş verməsi idi. Bu, konkret məqsədə hesablanmışdı: Azərbaycana yönələn beynəlxalq diqqəti aksiyalara yönləndirmək və rəsmi Bakıya qarşı xarici təzyiqləri gücləndirmək;

Ramiz Mehdiyev bu prosesdə həm müxalifətin “güclü” obrazını yaradır, onların “xaricdən dəstəkləndiyi” rəyini yaradır, həm də “xarici dəstəyə malik siyasi qüvvələrin iqtidara real təhlükə” olduğunu göstərməklə “o və ətrafı olmasa, hakimiyyətə ciddi təhlükə yarana bilər” fikrini formalaşdırmağa çalışırdı. Əli Kərimli və Milli Şuranın mediada geniş şəkildə tənqid olunması da müxalifətin daim gündəmdə saxlanılmasına hesablanmışdı.

Bütün bu oyunlara 2019-cu ildə – Ramiz Mehdiyev və ətrafının vəzifədən uzaqlaşdırılmasından sonra son qoyuldu. Müxalifətin mitinqləri dayandı, Əli Kərimli və dəstəsi gündəmdən yoxa çıxdı. Bu detal da müxalifətin Ramiz Mehdiyev tərəfindən idarə olunduğunu, onun təlimatları ilə hərəkət etdiyini təsdiq edən əsas məqamlardandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri