Icma.az
close
up
RU
Dublin Sammiti: İlham Əliyevə siyasi etimadın növbəti təsdiqi

Dublin Sammiti: İlham Əliyevə siyasi etimadın növbəti təsdiqi

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və strateji əhəmiyyətinin növbəti nümayişi kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin sammitdə iştirakı, Avropa dövlətlərinin liderləri ilə keçirdiyi çoxsaylı görüşlər və müzakirələrdə Azərbaycanın mövqeyinə göstərilən maraq ölkəmizin artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş geosiyasi məkanın mühüm tərəfdaşlarından birinə çevrildiyini göstərir. Xüsusilə Avropanın təhlükəsizlik, enerji təminatı və nəqliyyat bağlantıları ilə bağlı ciddi çağırışlarla üzləşdiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi önə çıxması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasətin nəticəsidir. Dublin görüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq proseslərdə yalnız iştirakçı deyil, həm də regional sabitliyə və iqtisadi əməkdaşlığa real töhfə verən dövlətdir.

Sammit çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, eləcə də Rumıniya, Litva, Moldova prezidentləri, Yunanıstan, Bolqarıstan və Çexiyanın hökumət başçıları ilə keçirdiyi görüşlər xüsusi siyasi əhəmiyyət daşıyır. Bu qədər geniş diplomatik təmasların qısa müddət ərzində baş tutması Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarının genişliyini göstərməklə yanaşı, dövlətimizin başçısının siyasi nüfuzunun da göstəricisidir. Burada diqqətçəkən əsas məqam görüşlərin yalnız protokol xarakteri daşımaması, konkret əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə müşayiət olunmasıdır. Enerji təhlükəsizliyi, iqtisadi əlaqələr, regional nəqliyyat dəhlizləri və qarşılıqlı investisiya imkanları gündəliyin əsas istiqamətlərini təşkil edib. Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olması ölkəmizin strateji mövqeyinə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək qabiliyyətinə olan etimadın ifadəsidir. Bu etimadın formalaşmasında Prezident İlham Əliyevin ardıcıl siyasi xətti və beynəlxalq münasibətlərdə nümayiş etdirdiyi prinsipial mövqe mühüm rol oynayır.

Dublin Sammitinin mühüm istiqamətlərindən biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun bir daha gündəmə gətirilməsi oldu. Prezident İlham Əliyevin rəqabətqabiliyyətli Avropanın yaradılması, innovasiya, bağlantılar və əlçatan enerji mövzusunda keçirilən dəyirmi masada iştirakı ölkəmizin bu sahədə strateji tərəfdaş kimi mövqeyini gücləndirdi. Azərbaycan artıq Avropa İttifaqının on ölkəsinin qaz təchizatında iştirak edir və enerji ixracının genişləndirilməsi istiqamətində yeni imkanlar formalaşdırır. Eyni zamanda, bərpaolunan enerji layihələri və yaşıl enerji ixracı perspektivləri Azərbaycanın Avropa ilə əməkdaşlığını daha uzunmüddətli və çoxşaxəli müstəviyə çıxarır. Bu prosesdə mühüm siyasi məqam ondan ibarətdir ki, Azərbaycan enerji ehtiyatlarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, qarşılıqlı faydalı tərəfdaşlığın və regional təhlükəsizliyin möhkəmləndirilməsi vasitəsi kimi təqdim edir. Məhz belə bir yanaşma ölkəmizin beynəlxalq nüfuzunu artırır və Avropa dövlətləri ilə münasibətlərdə qarşılıqlı asılılıqdan daha çox qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini gücləndirir.

Prezident İlham Əliyevin Dublində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş də sammitin mühüm siyasi hadisələrindən biri oldu. Görüş zamanı sülh gündəliyinin irəlilədilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası, iqtisadi əməkdaşlıq və etimad quruculuğu tədbirlərinin müzakirə edilməsi Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığını göstərir. Xüsusilə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmaların davamı olaraq praktiki addımların nəzərdən keçirilməsi sülh prosesinin konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin inkişafı artıq regional gündəliyin mühüm hissəsinə çevrilib. Prezident İlham Əliyevin bu prosesdə birbaşa iştirakı Azərbaycanın sülh gündəliyinin müəyyənləşdirilməsində aparıcı rolunu nümayiş etdirir. Eyni zamanda, bu görüş beynəlxalq ictimaiyyətə Azərbaycanın uzunmüddətli sabitliyin təmin olunmasında və qarşılıqlı faydalı regional əməkdaşlığın qurulmasında maraqlı olduğu mesajını verir.

Dublin çərçivəsində keçirilən görüşlərin digər mühüm nəticəsi Azərbaycanın Avropa ilə münasibətlərinin yalnız enerji və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığının nümayiş etdirilməsidir. Orta Dəhlizin inkişafı, Xəzər və Qara dəniz hövzələri arasında nəqliyyat bağlantılarının genişləndirilməsi, ticarət və logistika imkanlarının artırılması ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da yüksəldir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə keçirilən görüşdə əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi və siyasi dialoqun davam etdirilməsinə marağın ifadə olunması Bakı ilə Brüssel arasında münasibətlərin inkişafı baxımından mühüm siqnaldır. Azərbaycanın həm Avropa, həm də Asiya arasında etibarlı bağlantı rolunu gücləndirməsi ölkəmizin beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini artırır. Burada Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin əsas üstünlüklərindən biri müxtəlif dövlətlərin maraqlarını Azərbaycanın milli maraqları ilə uzlaşdıran əməkdaşlıq imkanlarının yaradılmasıdır. Beləliklə, Azərbaycan geosiyasi rəqabətin təsirinə məruz qalan passiv məkan deyil, regional və qitələrarası əməkdaşlıq proseslərində öz təşəbbüsləri ilə çıxış edən fəal aktor kimi mövqeyini möhkəmləndirir.

Bütövlükdə, Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Azərbaycanın beynəlxalq diplomatiyada qazandığı mövqelərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi dəyərləndirilə bilər. Dövlətimizin başçısının müxtəlif Avropa liderləri ilə apardığı danışıqlar, enerji və nəqliyyat layihələri ətrafında aparılan müzakirələr, eləcə də regional sülh prosesində Azərbaycanın roluna göstərilən diqqət ölkəmizin artan siyasi və iqtisadi əhəmiyyətini nümayiş etdirir. Bu səfərin əsas siyasi mesajlarından biri ondan ibarətdir ki, Azərbaycanla münasibətlər artıq yalnız ikitərəfli maraqlar çərçivəsində deyil, Avropanın daha geniş təhlükəsizlik və inkişaf strategiyası kontekstində nəzərdən keçirilir. Prezident İlham Əliyevə göstərilən siyasi etimad isə onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq münasibətlərdə formalaşdırdığı etibarlı tərəfdaş imici ilə bilavasitə bağlıdır. Xüsusilə 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Toplantısına Bakının ev sahibliyi edəcəyinin nəzərdə tutulması Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunun mühüm göstəricilərindən biridir. Dublin Sammiti bir daha təsdiqlədi ki, Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə, regional sülhə və beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verən mühüm tərəfdaş kimi çıxış edir.

Züriyə Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri