Siyasi dəllalıq və erməni ekspertlərin “narahatlığı” KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanda siyasi gərginlik davam edir. İndi düşmən ölkədə bəzi siyasi qüvvələr guya Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı yersiz bəyanatlar verirlər. Bəzi ekspertlər bir qədər də irəli gedərək bəyantlar səsləndirirlər.
Bunlardan biri politoloq Alen Gevondyandır. Çox keçmədən Ermənistanın bədnam keçmiş ombudsmanı Arman Tatoyan da ona qoşulub. Onlar Ermənistanda insanları inandırmağa çalışırlar ki, bir neçə günə Azərbaycanın hücumu gözlənilir. Onların bu bəyanatları təbii ki, Ermənistan daxilində çaxnaşma yaratmaqdır və hesab edirlər ki, bununla onlar öz istəklərinə çata biləcəklər. Rusiyalı politoloq Aleksandr Karavaev erməni siyasi ekspertlərin “narahatlığının” araxasında məkirli siyasətin dayandığını bildirib: “Bu, Bakının 1980-ci illərin sonlarında Ermənistandan qovulmuş 300 min insanın taleyi ilə bağlı məsələnin öyrənilməsinə başlamaq tələbi qarşısında erməni mövqeyinin zəifliyidir”. Siyasi şərhçi Murad Sadəddinov isə fərqli düşünür:
“Bu, sülh müqaviləsinin imzalanması perspektivlərinin yaranması ilə bağlıdır, çünki Ermənistan və Azərbaycan tərəfləri sülh müqaviləsinin mətninin əsasən razılaşdırıldığı barədə məlumatı açıqlayıblar”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















