Icma.az
close
up
RU
Ermənistan KTMTdən çıxarsa hansı təhlükə ilə üzləşə bilər? Erməni ekspertlərin narahatlığı KONKRET

Ermənistan KTMTdən çıxarsa hansı təhlükə ilə üzləşə bilər? Erməni ekspertlərin narahatlığı KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“KTMT-dən çıxmaqla Ermənistan hansı zəmanətləri alacaq? ABŞ, Fransa və ya NATO hansı yardımı göstərə bilər?” Bu sual   Ermənistanda hər kəsi düşündürür və ermənilərin əksəriyyəti Rusiyadan qopmağın tərəfdarı deyil.  Əgər Ermənistan Rusiyanın təsir zonasından çıxsa Qərbin dəstəyini necə alacaq?

Erməni siyasi ekspertlər məhz Qərbin onları aldadacağından narahatdırlar. Təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Hayk Nahapetyan hesab edir ki, Paşinyanın “KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaması çox böyük səhvdir:

“Hazırda hesab edirəm ki, imzalanmaq üçün təqdim edilmiş həmin  layihə kifayət qədər yekunlaşdırılmayıb.  Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsinin mümkünlüyünü açıqlamışdı . Onun sözlərinə görə , Rusiya Zaxarova vasitəsilə bir daha erməni tərəfini xəbərdar edir ki, İrəvanın  münasibəti Ermənistanı KTMT-dən çıxarmaq təhlükəsi ilə doludur: “Nikol Paşinyan indi bu yoldadır, son 2-2,5 ildə Rusiya  Ermənistan  hakimiyyətinin bəyanatlarına sərt reaksiya verməyib. Lakin Paşinyan KTMT ilə əməkdaşlığı dayandırdıqlarını  bəyan edəndə Rusiya Ermənistana sonuncu xəbərdarlığı etmək qərarına gəlib”.

Ekspert xatırladıb ki, Ermənistanla Azərbaycan arasında heç bir demarkasiya və delimitasiya prosesi getmədiyi vaxtlarda sərhədə KTMT sülhməramlılarının və müşahidəçilərinin yerləşdirilməsi təklif edilirdi. Ermənistan bundan imtina etdi və Aİ-nin müşahidə missiyasını Ermənistana gətirdi:

“Hərbi əməliyyatlar olarsa, KTMT çətiri altında olan ölkələr bizə dəstək verəcək. Amma  KTMT-dən çıxmaqla Ermənistana ABŞ, Fransa və ya NATO  hansı hərbi yardımı göstərə bilər? Əvvəla, maddi-texniki baxımdan buna imkan yoxdur. Əgər biz o strukturdan məhrum olsaq, Azərbaycan əlverişli geosiyasi vəziyyətdən məharətlə istifadə edib  İrəvana kimi gələ bilər.  Suriyanın süqutunu nəzərə alın, bundan sonra İran faktiki hədəfə çevrilir, NATO, ABŞ, Türkiyə və İsrail İrana qarşı ciddi hərbi əməliyyatlara hazırlaşır. Azərbaycanın  Zəngəzur dəhlizini  tutmasına heç kim  mane ola bilməyəcək. Bununla da Azərbaycan ordusu Cermukdan Arazdəyənə qədər maneəsiz irəlləyəcək.  Ola bilsin ki, Nikol Paşinyana Amerikanın müəyyən hərbi vədləri olub ki, Ermənistana belə bir hücum olmayacaq. Suriya ilə paralellər aparaq və biz bu vədlərin boş olduğunu görəcəyik”.  Hayk Nahapetyan əmindir ki, bu gün Ermənistan üçün yeganə təminat KTMT və Ermənistanda yerləşən 102-ci hərbi bazadır. Bunlardan da Nikol Paşinyan yaxa qurtarmaq istəyir: “Bir daha deyirəm, Ermənistan İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün hərbi teatra çevrilə bilər. KTMT və 102-ci hərbi baza İrana hücum edənlərə mane olacaq. Ola bilsin Paşinyan Qərbə söz verib ki, onların İrana qarşı fəaliyyətlərini genişləndirmələrinə şərait yaradacaq”.

Vəli Həsənov,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri