Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Siyasi dialoqdan strateji əməkdaşlığa

Siyasi dialoqdan strateji əməkdaşlığa

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan–ABŞ münasibətləri müstəqillik tariximiz ərzində heç vaxt indiki qədər yaxın və intensiv olmayıb. Şübhəsiz ki, Azərbaycanın xarici siyasət kursunda Birləşmiş Ştatlarla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfə verən antiterror tədbirlərində ABŞ-yə verdiyi ardıcıl dəstək ikitərəfli münasibətlərin dinamik inkişafını daha da sürətləndirdi. Təəssüf ki, Bayden administrasiyasının ziddiyyətli və riyakar siyasəti müəyyən dövrlərdə iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərdi. Bununla belə ötən il liderlər Donald Tramp və İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasları formalaşmağa başladı. Birləşmiş Ştatların vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri bu baxımdan münasibətlərin yeni dövrünün mühüm anonsu kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və bu görüşlərin fonunda hökumətlərarası Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gələcək əməkdaşlığın daha da dərinləşəcəyinə dair ciddi siyasi iradəni ortaya qoydu. 

Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərə toxunaraq Azərbaycana göstərilən çox müsbət münasibətə görə Tramp–Vens administrasiyasına minnətdarlığını əbəs yerə bildirmədi. Çünki onların dəstəyi sayəsində Azərbaycan–ABŞ münasibətləri strateji əməkdaşlıq səviyyəsində yeni mərhələyə qədəm qoydu, regional sülh və inteqrasiyaya mühüm töhfələr verdi. Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə inkişaf edən əlaqələrin davamı kimi yadda qaldı.

Prezident Əliyevin qeyd etdiyi kimi Trampla Vaşinqtonda keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması iki ölkə arasındakı əməkdaşlıq üçün yeni imkanlar açdı. Bu mərhələ Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurmağın, regional sülh prosesinə töhfə verməyin və iqtisadi inteqrasiyanı təşviq etməyin vacibliyini göstərdi. Prezident çıxışında Tramp–Vens administrasiyasının Qafqazda sülhə verdiyi töhfəni də xüsusi vurğuladı. Ermənistan–Azərbaycan sülh prosesində ABŞ-ın rolunu qeyd edərək TRIPP layihəsi vasitəsilə regionda nəqliyyat və iqtisadi inteqrasiyanın əsas diqqət mərkəzinə gətirildiyini bildirdi. Eyni zamanda enerji, müdafiə və süni intellekt sahələrində əməkdaşlıq perspektivlərindən danışaraq Azərbaycan–ABŞ münasibətlərinin çoxşaxəli, strateji və uzunmüddətli xarakter aldığını bəyan etdi. 

Birləşmiş Ştatların vitse-prezidentinin ölkəmizə səfəri, keçirilən görüşlər və səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri yalnız siyasi əlaqələrlə məhdudlaşmır. Siyasi dialoqdan iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlığa qədər bütün sahələrdə inkişaf edən bu münasibətlər regionda stabilliyi və sülhü gücləndirən, tərəflərin uzunmüddətli strateji maraqlarını təmin edən əsas amillərdən birinə çevrilib. Şübhəsiz ki, ölkəmizin xarici siyasət kursu, Tramp administrasiyasının konstruktiv mövqeyi və xüsusilə Prezident İlham Əliyevin qlobal liderliyi Azərbaycan–ABŞ münasibətlərinin inkişafında mühüm rol oynayır və əlaqələrin daha strateji səviyyəyə yüksəlməsinə zəmin yaradır. Cənab vitse-prezidentin əminliklə bəyan etdiyi kimi böyük təşəkkürə layiq Prezident İlham Əliyev və Prezident Trampın rəhbərliyi ilə ölkələrimiz arasında daha güclü və daha yaxşı münasibətlər qurulacaq. Bu isə regionda sülhün və əmin-amanlığın zəmanətidir.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri