Icma.az
close
up
RU
Azərbaycan Serbiya: səmərəli siyasi dialoqdan çoxşaxəli əməkdaşlığa

Azərbaycan Serbiya: səmərəli siyasi dialoqdan çoxşaxəli əməkdaşlığa

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

2026-cı il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir. Bu səfər siyasi-iqtisadi və enerji təhlükəsizliyi müstəvisində yeni mərhələnin başlanğıcını ifadə edir. Görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər və verilən mesajlar göstərir ki, Bakı–Belqrad xətti artıq qarşılıqlı etimada və uzunmüddətli strateji planlaşdırmaya əsaslanan əməkdaşlıq modelinə çevrilib.Azərbaycan və Serbiya arasında təmaslar uzun illərdir davam edir və bu münasibətlər təsadüfi xarakter daşımır. Dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər, açıq dialoq və qarşılıqlı hörmət siyasi əməkdaşlığın əsas mahiyyətini təşkil edir. Azərbaycan Prezidenti Serbiya xalqının tarix boyu dövlət suverenliyinin qorunması naminə göstərdiyi fədakarlığı yüksək qiymətləndirib və bu ölkənin dövlət başçısı Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini vurğulayıb. Serbiyanın təbii sərvətlərə malik olmamasına baxmayaraq, daxili resurslara və milli potensiala əsaslanaraq iqtisadi inkişaf yolu seçməsi müasir Avropa məkanında mühüm siyasi iradə və düzgün strateji idarəetmənin göstəricisi kimi təqdim olunur. Bu yanaşma Azərbaycanın da həyata keçirdiyi müstəqil və praqmatik siyasətlə səsləşir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, bizim gələcək üçün də açıq-aydın planlarımız var: “Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.Səfər çərçivəsində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası münasibətlərin artıq sistemli və institusional çərçivəyə keçdiyini nümayiş etdirir. Strateji Şura yalnız fikir mübadiləsi platforması deyil, konkret layihələrin və uzunmüddətli planların koordinasiya olunduğu mexanizm kimi çıxış edir.İclas zamanı siyasi dialoqun dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi, ərazi bütövlüyü və suverenliyin prinsipial müdafiəsi məsələləri ön plana çəkilib. Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat-logistika, enerji və investisiya sahələrində birgə layihələrin genişləndirilməsi üzrə konkret istiqamətlər müəyyən olunub. Bu faktorlar sübut edir ki, tərəfdaşlıq real iqtisadi və geostrateji məzmun qazanır.Energetika sahəsi səfərin əsas prioritet istiqamətlərindən biri olub. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və tərəflər bu ixracın həcminin artırılması barədə razılığa gəliblər. Bu amil Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü yaradılacaq, bu artımın böyük hissəsi ixraca yönəldiləcək. Xüsusilə bərpaolunan enerji layihələrinin icrası Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Serbiya ilə birgə inşa ediləcək elektrik stansiyası isə iki ölkə arasında praktiki əməkdaşlığın təcəssümünə çevriləcək. Bu layihə Serbiyada mövcud olan əlverişli investisiya mühiti və aparılan iqtisadi islahatların nəticəsi kimi dəyərləndirilir.

Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu investisiyalar yalnız kommersiya xarakteri daşımır, eyni zamanda uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Elektrik stansiyalarının tikintisi və reabilitasiyası, enerji infrastrukturlarının yenilənməsi və nəqliyyat imkanlarının genişləndirilməsi hər iki ölkənin dayanıqlı inkişaf modelinə töhfə verir. Xüsusilə enerji istehsal gücünün artırılması təbii resursları məhdud olan ölkələr üçün iqtisadi müstəqilliyin əsas təminatçılarından biridir. Bu baxımdan Serbiya–Azərbaycan əməkdaşlığı regional enerji xəritəsində yeni geoiqtisadi balans formalaşdırır.
Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini prinsipial şəkildə dəstəkləyir. Bu amillər iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların qorunması və beynəlxalq hüququn prinsiplərinə sadiqlik strateji tərəfdaşlığın əsasını təşkil edir. İmzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərin hüquqi bazasını daha da gücləndirəcək və əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Həmin sənədlər enerji, iqtisadiyyat və digər sahələr üzrə əlaqələrin sistemli şəkildə genişlənməsinə zəmin yaradır.
Səfər çərçivəsində səsləndirilən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi münasibətlərin emosional və humanitar ölçüsünü də ortaya qoyur. Bu, dövlətlərarası əlaqələrin yalnız siyasi və iqtisadi maraqlara deyil, eyni zamanda qarşılıqlı simpatiya və hörmətə əsaslandığını göstərir. Liderlər arasında qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılıq siyasi dialoqun davamlı və intensiv xarakter alacağını göstərir. Bu isə gələcəkdə yeni layihələrin, investisiya təşəbbüslərinin və çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasına şərait yaradacaqdır.

Heydər Əsədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri