Icma.az
close
up
RU
Siyasi intiharçılar Rusiyanı hara aparır?

Siyasi intiharçılar Rusiyanı hara aparır?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Məşhur alman filosofu Martin Heidegger deyirdi: "Kim böyük iddilarla yaşayırsa, böyük səhvlər edir".

Bu fikir dünyada təkcə ayrı-ayrı insanlara deyil, elə bütöv xalqlara, dövlətlərə də aiddir. Zamanında başından böyük iddialara düşən, özünü olduğundan böyük təsəvvür edən, buna görə hətta tarixi, xəritələri saxtalaşdıran, mənbələri dəyişdirən qonşu ölkə axırda türk etnosuna, Azərbaycana qarşı qazdığı quyuya özü düşdü. İndi "ayılıb" ki, irreal, xəyali Ermənistandan real Ermənistana keçid eləmək lazımdır. Onu da eləyə bilmir; vurnuxa-vurnuxa qalıb.

Ermənistanın daha böyük versiyası Adolf Hitlerin faşist Almaniyası olub; fürer "Mənim mübarizəm" adlı kitabında Almaniyanı dünyanın ağası, özünü Planetin hakimi, alman xalqını ali irq kimi görürdü. Sonu necə oldu, bilirsiniz; ölkəsini, xalqını məhvə sürüklədiyi kimi, axırda özü də intihar elədi. Özü öz həyatına son qoydu.

İndi Rusiyada da eyni iddialara düşüblər. Bir yandan işğalçı müharibə aparır, özünə qardaş xalq olan Ukraynanı məhv etməyə çalışır, qardaş qırğını törədir, o biri yandan da, özünə dost olan ölkələri belə təhdid edir.

Çox qəribə, irrasional davranış sərgiləyir Moskva. Elə bunun özü şüurlarda sual işarəsi yaradır: öz qardaşının üstünə silahla gedən başqalarına gerçək dost ola bilərmi?

Rusiyanın öz qonşularına, hətta öz müttəfiqlərinə qarşı qeyri-adekvat davranışları göz qabağındadır. Ukraynaya hücumdan qabaq da Kreml bu ölkənin qurama, saxta ölkə olduğunu deyirdi. Ara-sıra: "Qazaxıstan tarixən olmayıb, onu biz qurmuşuq" deyə şantajvari açıqlamalar, iddialar səsləndirirdi. Hərçənd Qazaxıstan Rusiyanın həm siyasi, həm iqtisadi, həm hərbi baxımdan ən yaxın tərəfdaşlarından, müttəfiqlərindən biridir. Bəlkə də birincisidir. Eyni yanaşmanı indi Rusiya Dövlət Dumasının ayrı-ayrı deputatları Azərbaycana qarşı sərgiləyir. Azərbaycanın əleyhinə kampaniya Rusiyada hər gün bir az da genişlənir və əndazəni aşır. Azərbaycanı etnik separatizmlə hədələmək kimi hədsizliyə belə yol verirlər. Həm də bunu edən hakim "Vahid Rusiya" partiyasının üzvləri olan deputatlardır. Başqa sözlə, prezident Vladimir Putinin partiyası, onun adamlarıdır. Bir yandan, prezident Putin, xarici işlər naziri Lavrov Azərbaycanın etibarlı tərəfdaş olduğunu etiraf edir, o biri yandan da, həmin bu etibarlı tərəfdaşa qarşı etibarsız davranırlar.

Səbəb nədir?

Səbəb əslində yoxdur. Azərbaycan Rusiyadan öz haqqını tələb edir, sərnişin təyyarəsinin vurulmasının etiraf olunmasını tələb edir. Günahkarların cəzalandırılmasını tələb edir. Zərərçəkənlərə kompensasiya tələb edir (ki, o zərərçəkənlər arasında Rusiyanın öz vətəndaşları da var). Hardan baxsaq, Azərbaycan tam haqlıdır; bunlar dəfələrlə yazılıb, deyilib.

Amma bütün bunların qarşılığında Azərbaycan nə görür?! Tam bir hədsuzlik, haqsızlıq, media hücumları, böhtan, təhdid, şantaj...

Bu gün Rusiya Qərbin əsas (əslində bütün) gücləri ilə müharibə vəziyyətindədur. Amma bu müharibə bu və ya başqa şəkildə permanent olaraq həmişə var idi. Azərbaycan dünyanın əsas güc mərkəzlərinin - ABŞ-ın və Avropanın təzyiqlərinə baxmayaraq, Rusiya əleyhinə heç bir addım atmadı, heç bir sanksiyaya, təzyiq kampaniyasına dəstək vermədi. Öz ərazisindən Rusiya, eləcə də, İran əleyhinə heç bir təxribata və başqa qeyri-dost hərəkətlərə imkan yaratmadı. Ancaq qarşılığında qeyri-dost münasibət görür. Ona görə də belə bir deyim tam yerinə düşür: "Biri sənə pislik edirsə, deməli, sən ona yaxşılıq etmisən".

Rusiyada bu gün Azərbaycanlı miqrantlara qarşı total hücum kampaniyası cılız hisslərin, qısır təfəkkürün, aqressiv təxəyyülün məhsuludur. Sifarişlə aparılan təzyiq siyasətidir. Bununla Rusiya öz daxili tarazlığını, öz cəmiyyətində birliyi, ictimai sabitliyi sınağa çəkir. Bunu Rusiyanın ağıllı siyasiləri, ekspertləri, qaragüruha qoşulmayan ziyalıları da deyir.

Bəhanə kimi Azərbaycanda "Rus evi"nin bağlanması götürülüb. Bir sərnişin təyyarəsində 38 nəfər dinc insanın həyatına son qoyan, bu qədər adamınən evini yıxan zehniyyət Bakıdakı "Rus evi"nin davasını döyür. Azərbaycanın qanuni tələblərini yerinə yetirməkdən yayınmaq üçün illərlə qanunsuz fəaliyyət göstərmiş bir mərkəz ətrafında hay-küy salıblar. O mərkəzin ki, 1925-ci ildə kəşfiyyat məqsədləri üçün yaradılıb; İosif Stalinin "əsər"idir. Azərbaycan Rusiyada belə bir mərkəz qurub, kəşfiyyatla məşğul olsa, Moskva buna imkan verərmi?! Əlbəttə yox.

Bunlar da bir yana. "Rus evi" adlı fitnə-fəsad yuvasını bağlayan məgər təkcə Azərbaycandır?! Xeyr.

2022-ci ildə Rusiyanın Ukranaya hərbi təcavüzü başlayandan və ondan da əvvəl bu "ev"in qapısına dünyanın çox yerində - çox ölkədə "qıfıl vurulub". 70 ölkədə 90-a yaxın nümayəndəliyi olub bu evin. Onun çoxu bağlanıb. Hamısını sadalasam, uzun bir siyahı alınar. Diqqəti bir məqama cəlb etmək istərdim: bu evi bağlayanlar arasında Rus xalqının qardaşları - etnik qohumları da var. Qərb slavyanları - çexlər, slovaklar, xorvatlar, şərq slavyanlarından, təbii ki, Ukrayna, Polşa bu "ev"i bağlayanlar arasında öndə gəlir. Mən hələ Fransa, Böyük Britaniya, Rumıniya, Estoniya, Litva və sair kimi yad ölkələri demirəm. Öz qardaşları belə "rus evi"ni istəmir, Azərbaycan istəməyəndə niyə bu qədər qıcıq doğurur?!

Rusiyalı "ekspert"lər, siyasətdən xəbərsiz siyasətçilər Azərbaycanın şimalında etnik separatizmi körükləyəcəkləri ilə təhdid edirlər. Ancaq anlamırlar ki, Azərbaycan Qafqazın önəmli bir hissəsidir, Cənubi Qafqazın əsas dövlətidir. Şimali Qafqaz xalqlarının hamısı ilə dini birdir, bir qismi ilə etnik qohumluğu var. Azərbaycanın şimalında yaşayan azsaylı xalqların Şimali Qafqazda etnik qohumları var. Azərbaycanı Şimali Qafqazla birləşdirən nöqtələr, bağlar, dəyərlər var, ortaq talelər var. Azərbaycanın şimalında hər hansı narahatlığa, əvvəla, Azərbaycan imkan verməz (bu, 1993-cü ilin Azərbaycanı deyil), ikincisi, o bölgələrdə nəsə bir təxribat törədilərsə, bu, Şimali Qafqaza sıçrayacaq, xarici kəşfiyyatlar Şimali Qafqazda dərhal yanğına körüklə gedəcəklər və nəticəsi Rusiya üçün yaxşı olmayacaq. Üçüncüsü, Rusiyanın cənuba - dünyaya iki çıxışı varsa, biri Azərbaycandan keçir. Bütün bunlardan sonra Rusiya öz cənub sərhədlərində qeyri-sabitlik, daha sonrakı mərhələdə nəzarətsizlik, xaos istəyirmi?! Düşünürəm, ağlı başında olan heç bir siyasətçi bunu istəməz. O da ola Dövlət Dumasının deputatları.

Ola bilsin, boksçu Nikolay Valuyev siyasətəqədərki idman karyerasında baş nahiyyəsindən çox ağır zərbələr alıb, vaxtında bu zədələri tam müalicə etdirməyib, nəticədə sağlam düşünmə qabiliyyətini itirib. Bunu anladıq. Bəs başqalarına nə olub?!

Onsuz da müharibə vəziyyətində olan, dünyanın ən azı yarısından çoxunu öz əleyhinə çevirmiş Rusiyaya düşmən azlıq edir?! Rusiya xalqının az sayda dostu olan ölkələri incik salmağın, düşmən kimi təqdim etməyin mənasını anlamaq olmur. Bu siyasət siyasi intihara bərabərdir; əgər belə davam edərsə, məsuliyyət hissini itirmiş siyasətçilər Rusiyanın özünü yeni fəlakətlərə sürükləmiş olar.

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri