Icma.az
close
up
RU
Professor: Şovinizm Rusiyanı uçuruma aparır

Professor: Şovinizm Rusiyanı uçuruma aparır

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Sverdlovski vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət Rusiyanın Azərbaycana qarşı təxribatıdır. Ehtimal edirəm ki, bu təxribatlar davam edəcək. Çünki Azərbaycanın öz dövlət maraqlarını bu qədər inadla müdafiə etməsi Rusiyada xoş qarşılanmır. Odur ki, belə təxribatlar törədilir və bunun bir hissəsi də Kremlə gedib çıxır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində bir azərbaycanlı ailə və bir neçə azərbaycanlıya qarşı Federal Təhlükəsizlik Xidmətinin (FSB) anti-insani əməliyyatına və işgəncə nəticəsində iki azərbaycanlının öldürülməsinə münasibət bildirərkən deyib.
C. Nuriyev xatırladıb ki, hadisə Rusiya İstintaq Komitəsinin yerli idarəsində baş verib: “İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin isə prezident Vladimir Putinin ən yaxın adamlarından biridir. Rusiya qanunvericiliyinə əsasən, hər hansı bir cinayət baş veribsə və onun üzərindən 20 il keçibsə, İstintaq Komitəsi həmin cinayət işinə xitam verir. Hətta cinayəti törədən şəxslər müəyyən edilsə belə, ona qarşı addımlar atılmır. Odur ki, indi belə bir addım atmaqla, həm də Azərbaycan daxilində gərginlik yaratmaq istəyirlər. Rusiya Azərbaycana qarşı addımlar atır və bu, dövlət siyasətinin bir hissəsi kimi meydana çıxır. Əgər, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bir neçə gün əvvəl Azərbaycana hücum etməsəydi, mən deyərdim ki, bu hadisə Rusiya dövləti səviyyəsində olan bir iş deyil. Amma biz görürük ki, bunların hamısı bir-birilə bağlıdır”.
Professor əlavə edib ki, mərhum prezident Heydər Əliyevin ortaya qoyduğu azərbaycanlı anlayışına əsasən, Azərbaycan dövləti dünyada yaşayan bütün azərbaycanlıları himayə edir. Bu səbəbdən, rus rəsmilərinin bu hadisəni Rusiyanın daxili məsələsi kimi təqdim etməsi doğru deyil.
“Rusiya I Pyotrun rəhbərliyi ilə 1723-cü ildə Bakını işğal edib və Azərbaycanı əlində saxlamaq məqsədilə addımlar atıb. Türkmənçay müqaviləsindən sonra faktiki olaraq Azərbaycan ikiyə bölündü, parçalandı. Uzun müddət Azərbaycanı talayıblar və ağızlarında şirə qalıb. Məhz 2023-cü ildə onlar öz aləmlərində Xankəndini itiriblər. Eləcə də Qarabağ məsələsi Azərbaycan dövlətinin maraqlarına uyğun formada həllini tapıb. Bəli, onların başı Ukrayna müharibəsinə qarışanda Azərbaycan prezidenti İlham Əliyev xüsusi ustalıqla apardığı incə siyasət sayəsində dövlətimizin maraqlarını təmin etdi. Bunlar isə indi ayılıblar.
İkincisi, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, regional və beynəlxalq səviyyədə bir sıra addımlar atdı.
Üçüncüsü, Azərbaycan Rusiyanın törətdiyi cinayətləri heç vaxt unutmayıb. Buraya 1988-ci ildə meydan hərakatı zamanı etdikləri, 1990-cı il 20 Yanvar qırğını, Xocalı faciəsi, Qarabağ probleminin yaradılması kimi hamımızın bildiyi məsələlər aiddir. Eyni zamanda Azərbaycanın 9 May paradı ilə bağlı tutduğu mövqe də var. Qısası, mənim qənaətimə görə, Azərbaycan prezidentinin tutduğu mövqe onları narahat edir. Odur ki, Azərbaycana qarşı belə münasibət sərgilənir. Ancaq Azərbaycanın ağıllı və müdrik dövlət rəhbəri var və bizi tutduğumuz yoldan çəkindirmək mümkün deyil”.
Müsahibimiz bildirib ki, Rusiyada son azərbaycanlı qurbanların əslən qarabağlı soydaşlarımız olması da təsadüfi deyil: “Sanki bununla demək istəyirlər ki, biz Qarabağ məsələsini gündəmdən çıxarmamışıq”.
C. Nuriyevin ehtimalına görə, Rusiyanı narahat edən digər məsələ Azərbaycan xalqının, mediasının prezident İlham Əliyevin ətrafında sıx birləşməsidir.
“Rusiya bilməlidir ki, bu şovinist siyasəti onu uçuruma aparır. Daha doğrusu, Rusiya 3 ildir ki, uçurumun kənarına yaxınlaşıb və hazırkı davranışları isə onun uçurumdan yuvarlanmasını tezləşdirə bilər”,- C. Nuriyev əlavə edib.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri