Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni mərhələ

Siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni mərhələ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Düşənbəyə səfəri və oktyabrın 10-da keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı postsovet məkanında siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər sadəcə rəsmi iştirak deyil, həm də strateji dialoqun dərinləşdirilməsi, diplomatik tarazlıqların yenidən qurulması və regional əməkdaşlığın canlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün MDB çərçivəsində aktiv fəaliyyət həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin gücləndirilməsi baxımından önəmlidir. Müstəqil Dövlətlər Birliyi uzun illərdir ki, postsovet regionunda siyasi, iqtisadi və humanitar əməkdaşlığın əsas platformalarından biri kimi çıxış edir. Lakin dəyişən beynəlxalq reallıqlar və yeni güc mərkəzlərinin formalaşması bu qurumun fəaliyyətinə yeni baxış tələb edir. Bu şəraitdə Azərbaycanın MDB-də fəal iştirakı ölkənin çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qalır. Cənab İlham Əliyevin Düşənbə səfəri məhz bu siyasətin ardıcıl və praqmatik şəkildə həyata keçirilməsinin bariz nümunəsidir.Azərbaycan MDB müstəvisində əməkdaşlığı regional sabitlik, iqtisadi tərəfdaşlıq və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi baxımından vacib hesab edir. Son illərdə ölkəmizin bu birlikdə rolu təkcə iqtisadi müstəvidə deyil, həm də siyasi, mədəni və humanitar istiqamətlərdə nəzərəçarpacaq dərəcədə artıb. MDB formatı Azərbaycanın həm təhlükəsizlik məsələlərində, həm də nəqliyyat və logistika şəbəkələrinin genişləndirilməsində mövqeyini daha da gücləndirir. Bu baxımdan cənab İlham Əliyevin Düşənbəyə səfəri təkcə iqtisadi əməkdaşlıq deyil, həm də təhlükəsizlik və diplomatik koordinasiya baxımından xüsusi dəyərə malikdir.Səfər çərçivəsində cənab İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla da əhəmiyyətli görüş keçirib. Azərbaycan–Tacikistan münasibətləri qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır. Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Hər iki lider qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və yeni birgə layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycan üçün Tacikistan Mərkəzi Asiyaya strateji çıxış nöqtəsi, Tacikistan üçün isə Azərbaycan Xəzər dənizi vasitəsilə Qərbə uzanan mühüm körpüdür. Bu baxımdan iki ölkə arasında əlaqələrin dərinləşməsi qarşılıqlı maraqlara xidmət edir. Eyni zamanda mədəni və humanitar mübadilələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlıq və birgə təşəbbüslərin reallaşdırılması məsələləri də diqqət mərkəzində olub. Tacikistan tərəfi Azərbaycanın müasir idarəçilik modeli və bərpa təcrübəsini uğurlu nümunə kimi qiymətləndirib.MDB Dövlət Başçıları Şurasının iclasında regional əməkdaşlığın gələcək istiqamətləri üzrə bir sıra strateji qərarların qəbul ediləcəyi gözlənilir. Gündəlikdə təhlükəsizlik və müdafiə məsələlərinin yenidən qurulması, antiterror mübarizəsində birgə fəaliyyət, sərhəd təhlükəsizliyi, kiber müdafiə və hərbi-texniki əməkdaşlıq kimi mövzular yer alır. Eyni zamanda iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi və tranzit-logistika marşrutlarının əlaqələndirilməsi də müzakirə olunur. Azərbaycan bu istiqamətlərdə təcrübəli və təşəbbüskar tərəfdaş kimi çıxış edir. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələr cənab İlham Əliyevin rəhbərliyi ilə MDB ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Düşənbə iclası bu baxımdan birliyin iqtisadi inteqrasiyasının yeni mərhələsinə təkan verə bilər. Ümumilikdə, səfər Azərbaycanın çoxvektorlu diplomatiyasının ardıcıl şəkildə həyata keçirildiyini bir daha sübut etdi. Cənab İlham Əliyevin Düşənbəyə səfəri Azərbaycanın regionda və MDB məkanında təşəbbüskar, etibarlı və sabitləşdirici qüvvə olduğunu nümayiş etdirdi. Bu səfər həm Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də regional siyasətdə fəallığının artması baxımından strateji əhəmiyyətə malikdir. Yaxın perspektivdə cənab İlham Əliyevin MDB çərçivəsində qəbul edilən qərarlarda aktiv rolu və yeni təşəbbüslərlə çıxış etməsi gözlənilir. Uzunmüddətli baxımdan isə bu səfər Azərbaycanın regional liderlik mövqelərini daha da gücləndirəcək, MDB-də modernləşmə və islahat proseslərinə real töhfə verəcək. Birliyin fəaliyyətinin effektivliyinin artırılması üçün yeni yanaşmalar zəruridir və Azərbaycan bu istiqamətdə həm siyasi, həm də praktik səviyyədə aparıcı rol oynayır.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri