Icma.az
close
up
RU
Macarıstanda yeni siyasi mərhələ

Macarıstanda yeni siyasi mərhələ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Budapeşt, 13 aprel, AZƏRTAC

Macarıstanda keçirilən 2026-cı il parlament seçkilərində qələbə qazanan Tissa Partiyasının lideri Peter Macyar beynəlxalq mətbuat konfransı keçirərək ölkənin gələcək siyasi kursu ilə bağlı ilkin mesajlarını verib.

Budapeştdə baş tutan tədbirdə çıxış edən Macyar bildirib ki, seçkilərdə əldə olunan üçdə iki parlament çoxluğu hökumətə geniş islahatlar aparmaq imkanı yaradır. O vurğulayıb ki, əsas prioritetlər arasında hüququn aliliyinin bərpası, korrupsiyaya qarşı mübarizə və dövlət institutlarının gücləndirilməsi yer alacaq.

Yeni hökumət başçısı, həmçinin qeyd edib ki, Macarıstanın Avropa İttifaqı ilə münasibətlərinin yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ölkə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirməyə və Avropa dəyərlərinə daha sıx inteqrasiya etməyə çalışacaq.

Seçkilərin nəticələrinə əsasən, Tissa Partiyası parlamentdə konstitusiya dəyişiklikləri etməyə imkan verən üstünlük əldə edib. Bu isə uzun illər hakimiyyətdə olmuş əvvəlki hökumətin qəbul etdiyi qanunların yenidən nəzərdən keçirilməsinə şərait yaradır.

Macyar çıxışında, həmçinin bildirib ki, hökumətin ilk addımları arasında iqtisadi sabitliyin təmin olunması və ictimai xidmətlərin yaxşılaşdırılması olacaq. O, vətəndaşların seçkilərdə göstərdiyi yüksək fəallığın ölkədə dəyişiklik istəyinin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Tissa Partiyası 12 aprel seçkilərində inamlı qələbə qazanıb. Analitiklər hesab edir ki, yeni hökumətin qarşısında duran əsas çağırışlar iqtisadi problemlərin həlli və institusional islahatların səmərəli şəkildə həyata keçirilməsidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Aprel 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see372

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see309

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see267

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see235

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see220

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see214

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see210

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see185

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see184

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see174

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see173

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see170

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see169

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see166

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see164

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see159

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see149

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see148

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see148

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri