Icma.az
close
up
RU
Siyasi liderliyin ideal nümunəsi TƏHLİL AZƏRTAC

Siyasi liderliyin ideal nümunəsi TƏHLİL AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

Təqribən son 50 il, bəlkə daha çox müddət ərzində, beynəlxalq mətbuatda, eləcə də ixtisaslaşmış ədəbiyyatlarda müxtəlif siyasi proseslərdə istifadə olunan siyasi texnologiyalardan söhbət gedən zaman ideal örnəklər olaraq, ilk növbədə, Qərbin konkret siyasi proses və ya hadisələrinin adları qeyd olunurdu. Qərbin, o cümlədən ABŞ-ın liderləri isə bütün dünyaya nümunəvi örnək kimi təqdim olunurdu. Sözügedən məsələ hər zaman Qərbin xarici imic siyasətinin ayrılmaz tərkib hissəsi olub və yürüdülən siyasət, ilk növbədə, dünyada Qərb dəyərlərinə olan rəğbətin artırılmasına xidmət edib. Müəyyən olunmuş konkret siyasi vəzifələrin icrası prosesində Qərbin siyasi texnologiyalarından istifadə olunma məsələsi bütün müvafiq ədəbiyyatlarda müasir siyasi peşəkarlığın təzahürü kimi təqdim olunur.

Bu fikirlər politoloq Asif Adilin “Siyasi liderliyin ideal nümunəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Beləliklə, uzun illər mövcud istiqamətdə aparılan məqsədyönlü təbliğatların nəticəsində Qərb bu məsələdə də “liderliyi” əldə etmiş oldu. Vəziyyət o səviyyəyə gəlib çıxdı ki, üç sözdən ibarət olan “Qərbin siyasi texnologiyaları” ifadəsi bir-birindən ayrılmaz vahid bir söz birləşməsi kimi qəbul olunur. Beynəlxalq mətbuatda “müasir siyasi peşəkarlıq” ifadəsini görərkən şüuraltı səviyyədə sözügedən ifadənin, ilk növbədə, Qərb ilə assosiasiya olunması təsadüf deyil.

Yeri gəlmişkən, məhz analoji təbliğatların nəticəsində bu gün “demokratiya” deyəndə də nədənsə yalnız Qərbin “demokratik etalonları” yada düşür. Əslində, aparılan məqsədyönlü təbliğat sayəsində, onilliklər ərzində ölkələri, xüsusilə bizim kimi gənc suveren ölkələri Qərbin müxtəlif şablon və standartlarına alışdırır, bununla da bizi yönəldilən ölkəyə çevirmək istəyirdilər. Yaxın tarixdə bir çox ölkələrin timsalında mövcud siyasətin faciəvi sonluğuna dəfələrlə şahidlik etmişik.

Qərb tərəfindən ideoloji müstəvidə aparılan təbliğatlar nəticəsində “milli identiklik” ifadəsinin mahiyyəti və dəyəri itdiyi kimi, siyasi münasibətlər kontekstində də aparılan təbliğatın sonunda suverenlik anlayışının məzmunu təhrif olunur, habelə dəyərsizləşdirilir. Qeyd olunan təsbit artıq bir siyasi aksiomdur və Qərbin qlobal geosiyasətinin alqoritmidir. Mövcud məsələdə hər hansı yanlış illüziyaların yaşanması təhlükəlidir. İnkişafın, həmrəyliyin, sabitliyin “açarı” yalnız ölkənin daxilindədir. Bu “açarın” xarici qüvvələrə təslim edilməsi suverenliyə könüllü şəkildə arxa çevirmək deməkdir.

Prezident İlham Əliyevin dövlət siyasətinə və istifadə etdiyi ritorikasına diqqət yetirən zaman biz açıq şəkildə görə bilərik ki, Azərbaycan öz yolunu, yəni, müstəqil siyasət yolunu seçib, üstəlik tarixi Qələbəni əldə etməklə bütün regionda yeni siyasi reallığın formalaşması prosesinin səbəbkarı olub. Razılaşın ki, bu cür siyasəti reallaşdıran ölkə apriori olaraq “yürüdülən” ola bilməz. Yenə də tarixə müraciət etsək görə bilərik ki, Qərb geosiyasətinin strateji hədəfi bütün regionumuzu davamlı siyasi seysmik zonaya çevirməkdən ibarətdir. Bu gün regionda baş verənlər qeyd olunan mülahizəni dolayısilə sübut edir. Azərbaycanın Qələbəsi və müstəqil siyasəti isə Qərbin regionumuzla bağlı olan planlarını pozur. Şahid olduğumuz bir çox hadisələrin əsl səbəblərinin izahı bu qədər bəsitdir.

Diqqətinizə təqdim olunan yazının bilavasitə əsas mövzusuna qayıtsaq, deyə bilərik ki, siyasi liderliyin növbəti ideal nümunəsini biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində görə bildik. Bəli, məlum təyyarə qəzası ilə bağlı mətbuat öz işini kifayət qədər yaxşı gördü və müsahibə ölkənin informasiya məkanında tirajlandı, ancaq bununla kifayətlənmək əsla olmazdı. Sadəcə məlumatın tirajlanması məsələsi informasiya müharibəsi kontekstində ibtidai vəzifə hesab olunur, bəzən isə lazımi siyasi şərhlərin olmadığı təqdirdə tirajlanan məlumatlar hətta əks effekt verə bilir.

Bu mənada qeyd olunan müsahibənin, habelə Prezident İlham Əliyevin siyasi ritorikasının ümumi peşəkar təhlili sayəsində biz Azərbaycanda milli siyasi fikrin formalaşmasına iddialı ola bilərik. Ölkənin milli siyasi fikrinin formalaşması kimi vacib prosesin sosial şəbəkələrin və onlardan istifadə edən boşboğaz demaqoqların öhdəsinə buraxılması milli siyasi məktəbin deqradasiyasına gətirib çıxara bilər. İstisna olunmur ki, milli siyasi fikrin deqradasiyası Qərbin qlobal geosiyasətinin strateji hədəflərindəndir, axı “yönəldilən ölkənin” milli fikri ola bilməz.

Beləliklə, Prezident İlham Əliyevin sözügedən müsahibəsinin bir neçə epizoduna diqqət yetirək.

Sitat 1: “Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”. Bununla da cəmi bir gedişlə Prezident “quş” və “qaz balonunun partlaması” kimi uydurma versiyaları beynəlxalq mətbuatın gündəliyindən tamamilə çıxarmış oldu. Beynəlxalq ictimaiyyətə yönəlmiş açıq mesaj kimi qəbul edilməli olan sözügedən peşəkar ritorikanın nəticəsində əslində Rusiya tərəfi pat vəziyyətə salındı və onların üzr istəməkdən başqa çarələri qalmadı. Yüksək siyasi peşəkarlığı və dönməz iradəni tələb edən Prezident İlham Əliyevin bu cür ritorikası mütləq olaraq təhlil və təşviq olunmalıdır. Razılaşın ki, bu cür məsələlərdə sadəcə məlumatın tirajlanması qətiyyən yetərli sayıla bilməz.

Sitat 2: “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir”. Əminliklə deyə bilərik ki, dövlətimizin başçısı tərəfindən burada səsləndirilmiş hər bir sözün altında ölkəmizin hər bir vətəndaşı öz imzasını qoymağa hazırdır. Prezident İlham Əliyev bu sözlərlə, əslində, faciənin ədalətli araşdırılmasını tələb edən Azərbaycan xalqının vahid fikrini səsləndirmiş oldu. Prezident İlham Əliyev bütün təzyiqlərə rəğmən hər zaman olduğu kimi, bu dəfə də xalqın səsi olmaqla milli maraqların aliliyini seçdi.

Sitat 3: “Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik”. İradə və mövqe nümayişinin rəmzi sayıla biləcək sözügedən fikir yalnız güclü liderlərə məxsus ola bilər. Bu cür sözlər, sadəcə, siyasətçinin şəxsi gücündən qaynaqlanmır, onların əsl səbəbi haqlı mövqe və xalqın dəstəyidir. Odur ki, bu cür ritorika yalnız əsl liderlərə məxsus ola bilər. Psevdopatriotlar isə hər zaman olduğu kimi yalnız ucuz demaqogiya və qərəzli manipulyasiyalara müraciət edir.

Siyasi peşəkarlıq və siyasi texnologiyalar müstəvisində xüsusi diqqət yetirilməli məqam Prezident İlham Əliyev tərəfindən sözügedən müsahibənin məhz aeroportda AZAL-a məxsus olan mülki təyyarənin fonunda verilməsidir. Sözügedən mənzərənin mətbuatda müsahibənin əsas fotosu kimi tirajlanması olduqca önəmli idi və artıq deyə bilərik ki, bu vəzifənin icrası təmin olundu. Sözügedən fonun bəzi əsas siyasi mesajlarını açıqlayaq:

Mesaj 1 - Prezident bütün dünyaya bir daha xatırladır ki, məhz mülki aviasiyaya məxsus olan təyyarə hücuma məruz qalmışdır;

Mesaj 2 - Prezident bildirir ki, mülki şəxslərin ölümünə səbəb olmuş faciənin səbəbkarları mütləq olaraq cəzalandırılacaq və bu məsələ beynəlxalq ictimaiyyətin diqqətində olacaq;

Mesaj 3 - Yaşanmış faciəyə rəğmən AZAL yenə də ən güvənli aviaşirkətdir və Azərbaycan hökuməti AZAL-ın sözügedən imicini qoruyacaq;

Mesaj 4 - Faciəni heç kəs unutdura bilməyəcək və hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanda yaşanan iqtidar-xalq birliyi toxunulmazdır;

Mesaj 5 - Məsələ bilavasitə dövlətimizin başçısının nəzarətindədir.

Razılaşın ki, həm siyasi peşəkarlıq və həm də siyasi texnologiyalar baxımından Prezident İlham Əliyevin sözügedən müsahibəsi ideal nümunə sayıla bilər. Bəs görəsən, müasir siyasi dərsliklərdə yer tuta biləcək bu cür kontenti niyə Qərbin “nüfuzlu” nəşrləri görməzdən gəlirlər? Bəlkə siyasi peşəkarlıq yalnız onların müstəsna hüququdur? Ola bilərmi ki, Qərbin nəşrləri yalnız təxribat və qalmaqallar üzrə ixtisaslaşıb? Maraqlı və bir o qədər də düşündürən suallardır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri