Icma.az
close
up
RU
Türk dünyasında siyasi həmrəylik! TƏHLİL

Türk dünyasında siyasi həmrəylik! TƏHLİL

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”

“Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir”. Bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı söyləyib. “Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Bildiyimiz kimi, 2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Türk dünyasının həmrəyliyini, strateji gücünü və gələcək inkişaf istiqamətlərini bir daha nümayiş etdirdi. Bu zirvə görüşü yalnız rəsmi bir toplantı olmaqla qalmadı, həm də Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası üçün mühüm platforma rolunu oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı yalnız Azərbaycanın mövqeyini deyil, bütövlükdə türk coğrafiyasının geosiyasi perspektivlərini də dəqiq və məqsədyönlü şəkildə ortaya qoydu. Qəbələ Zirvəsində müzakirə olunan mövzular – iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, kommunikasiya və müdafiə sahəsində inteqrasiya - bu strateji prosesin təməlini möhkəmləndirir. Azərbaycan, təşəbbüskar rolu ilə, nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı, enerji resurslarının şaxələndirilməsi və humanitar əməkdaşlıq sahələrində bir çox layihələrin reallaşmasını təmin edir. Bu layihələr təkcə iqtisadi inteqrasiyanı deyil, həm də regional təhlükəsizlik, sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsini təmin edir. Azərbaycanın türk dünyasındakı liderlik rolu bir daha təsdiqləndi. Qəbələ Zirvə Görüşü, Türk dünyasının gələcək inkişaf xəritəsində Azərbaycan Prezidentinin baxışlarının strateji və məqsədyönlü olduğunu bir daha nümayiş etdirdi. Qəbələnin Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bölgələrində beynəlxalq siyasi tədbirlərin keçirilməsi ənənəsinin davamı kimi də diqqət çəkir. Son illərdə ölkəmizdə müxtəlif beynəlxalq forumların, sammitlərin və yüksəksəviyyəli siyasi platformaların təşkili Azərbaycanın regional diplomatiya mərkəzi kimi mövqeyini daha da gücləndirib. Bu, eyni zamanda, türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı siyasi dəstəyin praktik müstəvidə daha da möhkəmləndiyini göstərir. “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”, - deyə Prezident vurğulayıb. .

“TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ DÖVLƏT BAŞÇILARININ İLK DƏFƏ 2024-CÜ İLDƏ ŞUŞADA KEÇİRİLMİŞ QEYRİ-RƏSMİ ZİRVƏ GÖRÜŞÜ TƏŞƏBBÜSÜ ARTIQ ƏNƏNƏYƏ ÇEVRİLİR”

Azərbaycan Prezidenti çıxışında Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşünə də diqqəti çəkib: “Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir”. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi TDT daxilində yeni siyasi dialoq mexanizminin formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. 2024-cü ilin iyulunda Qarabağda təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında siyasi həmrəyliyin və strateji koordinasiyanın gücləndiyini nümayiş etdirmişdi. Qarabağ Bəyannaməsinin qəbul edilməsi isə təşkilat daxilində ortaq siyasi baxışın formalaşması istiqamətində mühüm addım hesab olunurdu. Bu sənəddə TDT daxilində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, birgə infrastruktur və investisiya layihələrinin dəstəklənməsi, enerji, rəqəmsallaşma və iqlim siyasəti sahələrində əməkdaşlıq, Türk dünyasının mədəni və humanitar birliyinin gücləndirilməsi, üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsi kimi məsələlərdə TDT-nin regional təşkilat kimi beynəlxalq roluna təsirini göstərir. Şuşa Zirvə görüşü əhəmiyyətli tarixi hadisəyə və türk inteqrasiyasının yeni mərhələsinin rəmzinə çevrildi.

“TÜRK DÜNYASI HƏFTƏSİ İYUN AYINDA BAKIDA KEÇİRİLƏCƏK”

Mayın 15-də Qazaxıstanın və bütün türk sivilizasiyasının ən qədim şəhərlərindən biri olan Türküstanda Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının möhkəmlənməsində yeni bir mərhələnin rəmzidir. TDT-nin qeyri-rəsmi Zirvə görüşləri türk dövlətləri arasında siyasi etimadın, strateji koordinasiyanın və ortaq gündəliyin hazırlanmasının gücləndirilməsi nöqteyi-nəzərindən təsirli bir mexanizm olduğunu artıq sübut edib. Məhz bu kontekstdə Türküstanda keçirilən Zirvə görüşü Türk dünyasının birliyinin, qarşılıqlı əlaqəsinin və ortaq gələcəyinin gücləndirilməsinə yönəlmiş kursun davamı kimi müstəsna əhəmiyyətə malikdir. “Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək”, - deyə Prezident bildirib. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır.

“ÖLKƏMİZDƏ SABİT GENİŞZOLAQLI İNTERNETİN ƏHATƏSİ 100 FAİZƏ ÇATDIRILMIŞDIR”

Dövlət başçımız çıxışlnda Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilmənə də diqqəti yönəldərək, bunun əsas vəzifələrimizdən biri olduğunu bildirib: “Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır. Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir”. Qeyd edək ki, rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Belə ki, Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir”, - deyə Prezident bildirib.

ZİRVƏ GÖRÜŞÜNÜN TÜRKÜSTAN BƏYANNAMƏSİ

Onu da bildirək ki, sonda dövlətimizin başçısı və digər prezidentlər Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türküstan Bəyannaməsini və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavininin təyin olunması haqqında qərarı imzalayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər. Layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda keçirilməsi gələcəyə istiqamət vermək baxımından böyük önəm daşıyır. Türk dövlərləri arasında ortaq texnologiya layihələrinin inkişaf etdirilməsi mühüm məsələlər sırasındadır. Builki Zirvə görüşünün “Süni intellekt və rəqəmsal inkişaf” mövzusu Türk Dövlətləri Təşkilatının hazırkı inkişaf mərhələsinin fərqli bir xüsusiyyətidir. Bu, əsasən, siyasi və mədəni inteqrasiyadan texnoloji və innovativ qarşılıqlı əlaqəyə keçiddir. Mövzu XXI əsrdə dövlətlərin rəqabət qabiliyyətinin yalnız resurslar və coğrafiya müstəvisində deyil, həm də texnoloji inqilaba uyğunlaşma qabiliyyəti ilə müəyyən edildiyi anlayışı əks etdirir. Vahid, ümumtürk Süni İntellekt İnstitutunun yaradılması ideyası xüsusi aktuallıq kəsb edir. Ortaq Süni İntellekt İnstitutunun yaradılması Türk dünyasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıra, Türk Dövlətləri Təşkilatını təkcə siyasi və iqtisadi birliyə deyil, həm də Avrasiyanın intellektual və texnoloji mərkəzlərindən birinə çevirə bilər.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri