Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Siyasi musiqilər: “Xalq Heydər söyləyəcək” mahnısı necə YAZILDI…

Siyasi musiqilər: “Xalq Heydər söyləyəcək” mahnısı necə YAZILDI…

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan tarixində dönüş nöqtəsi olan 15 İyun - Milli Qurtuluş Günü siyasi sabitliyin və dövlətçiliyin bərpası, eyni zamanda milli yaddaşın və xalq iradəsinin simvolu kimi yadda qalıb.

Bu gündən etibarən Azərbaycana yenidən liderlik edən Ulu Öndər Heydər Əliyevə həsr olunan “Xalq Heydər söyləyəcək” musiqisi zamanla xalqın qəlbində yaşayan öndərə təşəkkür və ehtiramın notlara köçürülmüş formasına çevrilib.

Modern.az-ın “Siyasi musiqilər” rubrikası bu dəfə “Xalq Heydər söyləyəcək” musiqisinin tarixçəsini araşdırıb.

1998-ci ilin mayın 10-da Heydər Əliyevin 75 illik yubileyinə qısa müddət qaldığı vaxtda bir qrup yaradıcı şəxs toplaşaraq Ümumilli Liderə mahnı hədiyyə etmək qərarına gəlirlər. 

“Xalq Heydər söyləyəcək” mahnısı məhz elə bu vaxt yaranır. Musiqinin bəstəkarı hazırla fövqəladə hallar naziri olan Kəmaləddin Heydərov, sözləri isə əməkdar incəsənət xadimi Baba Vəziroğluna aiddir.

Kəmaləddin Heydərov mahnının qısa zamanda yazılmasını bu cür xatırlayır:

“Musiqi qısa zamanda ərsəyə gəlir. 1998-ci ilin may ayının 8-də mahnı tam hazır idi, hətta saatı da yadımdadır. 1998-ci ilin may ayının 10-da saat 6 da klip hazır idi”. 

Mahnı da ilk dəfə mayın 10-u 1998-ci ildə efirlərdə səsləndirilib. 

Mahnının ərsəyə gəlməsi haqqında danışan K.Heydərovun sözlərinə görə, Prezidentin doğum günündə nəsə etmək istəyib. “Əvvəllər mahnılar bəstələmişdim, musiqilər yazmışdım. Amma ürəyimdən keçirdi ki, dahi şəxsiyyət haqqında da bir əsər olsun.

Onun haqqındakı düşüncələri musiqi ilə ifadə etmək daha çətin məsələ idi. Çünki onun hansı janrda, mövzuda olması bir anda düşünülüb beynin qısa müddətlik məhsulu ola bilməzdi".

Musiqinin sözlərini yazan Baba Vəziroğlu isə mahnının yazılma tarixini bu cür xatırlayır:

“Mayın 10-na çox az vaxt qalırdı. Həmin gün böyük Ulu Öndər Heydər Əliyevin də doğum tarixi idi və hər il ənənəvi olaraq Azərbaycanda qeyd olunurdu. Biz Kamalla təxminən belə bir söhbət etdik ki, Prezidentin ad gününə bir mahnı hədiyyə edək”.

Kəmaləddin Heydərov Baba Vəziroğlu ilə mahnı haqqında danışanda qərar gəliblər ki, mahnını Ağadadaş Ağayev oxusun. 

“Mənə Kəmaləddin Heydərov telefonla dedi ki, təcili görüşməliyik. Bildim ki, yeni mahnı yazılıb. Çünki bir neçə mahnını bundan əvvəl birlikdə işləmişdik. Mən getdim, musiqi ilə tanış oldum, ilk andan gördüm ki, çox qeyri-adi bəstədir”. – deyə Ağadadaş Ağayev həmin günlər haqqında danışarkən qeyd edib. 

Ancaq sözlər və bəstə hazır olduqdan sonra musiqinin bir deyil, bir neçə müğənninin ifa etməsi məsələsi gündəmə gəlir. Kəmaləddin Heydərov bu haqda deyirdi ki, bununla bütün xalqın Heydər Əliyevə sevgisini göstərmək istəyirdik.

Mahnını ifa edən müğənnilər sırasında Xalq artisti Brilliant Dadaşova, Əməkdar artist Rühəngiz Allahverdiyeva və İlqar Muradov da olub. 

Baba Vəziroğlu mahnının 4 müğənni tərəfindən oxunmasını belə şərh edib:

“Mahnının 4 nəfər tərəfindən ifa olunması bəlkə təsadüfdür, bəlkə zərurət idi. Bunu söyləmək çətindir. Çünki o tələskənlikdə, vaxt məhdudiyyəti içərisində, niyə belə qərara gəldik, bu kimin istəyi idi - mənim ya Kamalın, yaxud hər şeyi hesablamışdıqmı – musiqini ifa edənlər Heydər Əliyevin simpatiyası olan ifaçılar olmalı idimi? Bunun haqqında konkret söz demək çətindir. Hər şey çox ani oldu”. 

Qeyd edək ki, musiqi vahid əsərdən ibarət deyil. Bəstəkar burada Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasından, eyni zamanda Müslüm Maqomayevin “Azərbaycan”, Sevil Əliyevanın “Ana” və “Alagöz” mahnısının melodiyalarından istifadə olunub. 

Kəmaləddin Heydərov deyir ki, musiqi “Koroğlu” operasının uvertürası ilə başlayır:

"Belə də olmalı idi, musiqi Heydər Əliyev kimi böyük xalq qəhrəmana layiq əsərdən balaca parça ilə başlaması zərurət idi. Müslüm Maqomoyevin səsləndirdiyi “Azərbaycan” mahnısından da parçalar səsləndirilib. O da Heydər Əliyevin ən çox istədiyi və Heydər Əliyevə həsr olunmuş mahnı idi ki, biz onu orada verməyə bilməzdik. Doğurdan da o mahnını ilk dəfə Müslüm Maqomoyev ifa etdikdən sonra hər dəfə o mahnını dinləyəndə biz Heydər Əliyevi düşünürdük. Nəqarətdən sonra Sevil Əliyevanın “Ana” mahnısında bir parçadan da istifadə etmişdik. O da çox gözəl musiqidir, mən bilirdim ki, Heydər Əliyev o musiqini çox sevir. Ən sonda musiqi bitəndə görürsünüz ki, “Alagöz” mahnısında bir neçə notu da səslənir. Bu da Heydər Əliyevin ən sevdiyi mahnılardan biri idi” - deyə bəstəkar musiqi haqqında xatirələrində bildirib. 

Mahnının sözlərini yazan Baba Vəziroğlu musiqidə başqa bəstələrdən hissələr olmasını çox bəyəndiyini deyib.

“Ana xəttdən başqa əlavə olunan musiqi parçaları elə uyğunlaşmışdı ki, mahnını ilk dinləyəndə onu aid etmək olmur ki, burada fərqli parçalardan istifadə olunub. Vahid kompazisiya yaradılmışdı. Bu kompazisiya sözü ilə, musiqisi ilə, ifası ilə bir yerdə böyük şəxsiyyət Heydər Əliyevə himnə bərabər əsərin yaranmasına səbəb oldu”. 

Maraqlı faktlardan biri də odur ki, musiqi kvartetin ifasında səsləndikdən sonra həmin ifaçılar bu mahnıya yenidən müraciət etmək və solo ifada təqdim etmək istədilər. Beləliklə musiqiçilər müəyyən zaman keçdikdən sonra musiqini ayrılıqda ifa etdilər. 

Ağadadaş Ağayevin solo ifasında bu mahnı iki dəfə müxtəlif müşahidələrdə təqdim olundu. İkinci dəfə ifa edərkən iş birliyi daha geniş miqyaslı xarakter alır. Respublikanın Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Ağadadaş Ağayevi müşayət edir. 

“Kamal müəllimin bəstəsi simfonik orkestrin müşayətində Ağadadaş Ağayevin ifasında yazdırmaq qərarına gəldik. Çünki bu mahnı Heydər Əliyevə həsr olunan sadə və səmimi əsər idi. Partitura yazıldı və məşqlər keçirildi. Maraqlı ideya olduğu üçün onun reallaşmasında iştirak etmək özü də maraqlı iş prosesi idi” - deyə Rauf Abdulla bildirib. 

Ağadadaş Ağayev qeyd edib ki, o musiqini Kəmaləddin Heydərovun təklifi ilə simfonik orketstla işləyib. 

Ağadadaş Ağayevdən sonra digər müğənnilər də bu mahnını ayrılıqda oxumaq qərarına gəlir. Hətta Brilliant Dadaşova da musiqinin fonoqramı olmadığı üçün İlqar Muradovdan fonoqramı istəyir. Həmin dövrdə Heydər Əliyev xəstə olduğu üçün Azərbaycanda deyildi. İlqar Muradov isə Brilliant Dadaşovaya birlikdə mahnı oxumağı təklif edir. Beləliklə, Ağadadaş Ağayev, Rühəngiz Allahverdiyevadan sonra iki müğənni birlikdə musiqini ifa edir. 

Baba Vəziroğlu musiqi ilə bağlı xatirlərini danışarkən bir məqamı da qeyd edir ki, Heydər Əliyev xəstəxanada olarkən bu mahnını dinləmək istəyib:

“Heydər Əliyevin bu mahnını xəstəxanada bir daha dinləmək istəməsi bizim üçün çox kədərli idi. Heydər Əliyevin mahnıya verdiyi qiyməti biz onda bildik. Doğurdan da Heydər Əliyev o mahnını çox dinləmişdi və ömrünün sonunda da bunu dinləmək istəyirdi".

Musiqi ilk efirə gedən vaxtdan – 1998-ci ilin mayın 10-dan bütün xalqın dillər əzbərinə çevrildi. Zamanla Heydər Əliyevin son dinlədiyi mahnı, həm də onu əbədi yaşadan musiqiyə çevrildi...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyun 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see298

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see204

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see178

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see145

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see144

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see128

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see120

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see117

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri