Icma.az
close
up
RU
Xalq Cümhuriyyəti və Heydər Əliyev məktəbi

Xalq Cümhuriyyəti və Heydər Əliyev məktəbi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixin bəzən elə anlara şahid olur ki, həmin anlar, həmin günlər yalnız bir təqvim vərəqində deyil, bir millətin yaddaşında silinməz izlərlə qalır. 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün – məhz belə günlərdəndir, məhz belə günlərin ən yanğılı və qürurlu xatirələrindən biridir. Bu tarix, sanki bir birləşmə nöqtəsidir Azərbaycan üçün keçmişlə gələcəyin qovuşduğu, milli ruhun və siyasi iradənin bir bayraq altında cisimləşdiyi nadir andır.

1918-ci ilin isti may günlərində Tiflisdə səslənən "Azərbaycan Xalq Cümhuriyyəti elan olunur!" cümləsi sadəcə hüquqi bir bəyanat deyildi – bu, əsrlər boyu yadellilərin kölgəsində yaşamış, amma kimliyini itirməmiş türkün “mən varam!”, "mən uduzmamışam!" nidası idi. Cümhuriyyət – ilk addım idi. Həm cəsarətli, həm də bir az kövrək addım...

Qısa ömrünə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük işlərə imza atdı. Parlamentarizm, milli ordu, qadın hüquqları, maarif islahatları – bunların hər biri özündən sonrakı nəsillərə istiqamət verən çıraqlar oldu desək nə yanılarıq, nə yalan demiş olarıq. Lakin tarixin sərt küləkləri bu çıraqları söndürməyə çalışdı. Sovet işğalı ilə Cümhuriyyətin qapıları bağlansa da, onun qəlbi — ideyaları, arzuları, xəyalları — xalqın yaddaşında yaşayırdı. Cismi dəyişib xalqın ruhunda yenidən alovlanacağı günü gözləyirdi...

İllər keçərkən tarixin axarında çox şey dəyişsə belə, amma dəyişməyən bir şey vardı: xalqın azadlıq, suverenlik və müstəqil dövlət arzusu. Bu arzu 1991-ci ildə yenidən canlandı, Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etmişdi. Lakin bu dəfə yollar daha da sərt idi – bir tərəfdə torpaq itkisi, digər tərəfdə vətəndaş qarşıdurması, siyasi xaos, iqtisadi tənəzzül...

Məhz həmin qarışıq, qaranlıq, xaoslu və xalqın ümidlərinin sönməyə başladığı dövrdə Azərbaycan tarixinə bir ad daha qızıl hərflərlə həkk olundu – Heydər Əliyev.

Heydər Əliyev təkcə bir siyasətçi deyildi. O, öz zamanını qabaqlayan, dövlətin nə olduğunu yalnız bilən deyil, onu qurmağı, qorumağı və inkişaf etdirməyi bacaran nadir liderlərdən biri idi. Onun siyasi iradəsi, uzaqgörənliyi və xalqa olan bağlılığı Azərbaycanın ikinci dəfə süqut etməsinin qarşısını almışdı. Ulu Öndər əsrin ən böyük lideri idi...

O, dağılan bir sistemin içindən yeni bir dövlət yaratdı. Sabitliyin bərpası, hüquqi sistemin formalaşdırılması, beynəlxalq əlaqələrin qurulması və iqtisadi islahatlar – bunların hər biri onun imzasını daşıyır. Heydər Əliyev Azərbaycanı neftdən gələn gələcək ümidinə çevirdi, amma o gələcəyin təməlində yalnız sərvət yox, suverenlik və müdriklik dururdu.

O, xalqı ilə danışmağı bilən bir lider idi. O danışanda, sanki millətin bütün ağrıları dillənirdi; o susanda, vətənin bütün sükutları dərinləşirdi. Onun ritorikası yalnız siyasi bəyanat deyildi – bu, bir millətin öz lideri ilə etdiyi daxili söhbət idi.

Heydər Əliyev üçün dövlətçilik sadəcə bir idarəetmə forması deyildi. Bu, mənəvi məsuliyyət idi. Onun üçün dövlət – bir ev, xalq – o evin ailəsi idi. O, həmin ailəni parçalanmaqdan qorudu, çökən divarları dirəklədi, yıxılan damları tikdi. Ümid işığı öləziyən bu doğma evə öz qəlbindən, iradəsindən, mübarizəsindən bir işıq gətirdi. Və nəticədə biz bu gün o evdə – müstəqil, güclü və sabit Azərbaycanda yaşayırıq.

Bu gün 28 Mayı qeyd edərkən yalnız 1918-ci ilin qürurunu xatırlamırıq. Biz həm də o ideyaların 1993-cü ildən sonra ikinci nəfəs aldığını anlayırıq. Cümhuriyyətin idealları – azadlıq, xalq hakimiyyəti, milli birlik – məhz Heydər Əliyevin rəhbərliyi ilə yenidən bərqərar oldu, yenidən göylərə çəkildi müqəddəs üçrəngli bayraq.

Azərbaycan dövlətçiliyinin iki sütunu var, biri Xalq Cümhuriyyətidirsə, digəri Heydər Əliyev məktəbidir. Onlardan biri müstəqilliyin rəmzi, digəri isə onun zəmanətidir. Və bu gün dövlətimiz həmin iki sütunun üzərində yüksəlir, bayrağımız bu iki mərhələnin ruhu ilə dalğalanır.

Tarix təkcə keçmişi xatırlamaq deyil – həm də bu günə cavab verməkdir. Biz 28 Mayı anmaqla, həm də özümüzə söz veririk: bu ölkə asanlıqla qurulmayıb, onu qorumaq və yaşatmaq bizim borcumuzdur.

Malik Atilay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 28 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri