Icma.az
close
up
RU
Menu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

Xalq Heydər Əliyevi necə xatırlayır?

Xalq Heydər Əliyevi necə xatırlayır?

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür. SİA şəhər sakinləri arasında Heydər Əliyevi necə xatırladıqları ilə bağlı sorğu edib.

Şəhər sakini keçmiş döyüşçü Əhməd Hüseynov: "1993-cü ilə qədər mən batalyonlarda döyüşürdüm. Heydər Əliyev gələndən sonra ordunu topladı. Mən Rusiyada qulluq etmişəm, biliyimə görə məni Akademiyaya müəllim-zabit götürdülər. O gəldikdən sonra biz ermənini məhv etməyə başladıq. Erməni mənim başıma pul qoymuşdu. İndi Qənimətlər parkını görəndə ürəyim dağ olur. Başımızda papaq hiss edirik. Allah rəhmət eləsin. Hər şeyi ələ aldı, ölkəni qaydaya saldı. Suriyanı yaddan çıxarmayın. Həmişə böyük olması başqa şeydir. Mən Ulu Öndəri yüksək xidmətləri ilə xatırlayıram".

Şəhər sakini ADPU-nun dosenti, Azt-nin tanınmış köhnə icmaçısı Yasin Qaraməmmədli: "Mənim üçün Azərbaycanın ən böyük şəxsiyyəti idi. Müasir dövrümüzə yaxşı ki, tale Onu bizə qismət edib. Mənim fəal siyasi icmaçılıq dövrünə Onun fəaliyyəti düşüb. Mükəmməl təcrübəli, sərt təbiətli liderə ehtiyac var idi. Şəxsiyyət kimi bu ağır vəzifənin öhdəsindən gəldi. Bu mənada Azərbaycan xalqı üçün şərəf gətirdi. Ağılla, kamalla, idrakla, rəsmi dillə desək, tarazlaşdırılmış siyasətlə beynəlxalq fəaliyyətinin hər qarışını izləmiş adamam. Azərbaycanı dövlətlər arasında tikə-tikə parçalanan ət parçasına çevrilməyə qoymadı. Böyük şəxsiyyət idi. İlham Əliyev də həmin xətti davam etdirir. Bizə başucalığı gətirən Qarabağ probleminin həqiqi həllini həll etdi. Elə düyün idi ki, qılıncla doğranıb həll olunmalı idi. Onu danışıqlarla həll etmək mümkün deyildi. Hesab edirəm ki, Azərbaycan xalqının ağır günlərdə həqiqi rəhbərinə bu xəttin davamçısı kimi minnətdar olmalıyıq. Taleyimizə, qismətimizə də minnətdar olmalıyıq".

Şəhər sakini Azər Cəfərov: "Heydər Əliyev haqqında hər şey xalqa məlumdur. Adından da bəllidir ki, ümummilli liderdir. Bugünkü firavanlıq, sakitlik hamısı Onun adı ilə bağlıdır. Dünyada tanınmış siyasətçidir. Onun gəlişi ərəfəsində ölkədə vəziyyət gərgin idi. Hərə bir tərəfdə quldur dəstəsi yaratmışdı. Müstəqil olmaq istəyənlər var idi. Heydər Əliyevin gəlişi ilə bunların qarşısı alındı, ölkəni bir yerə topladı. Mənim yadımda bu cür qalıb, hamı da belə xatırlayır".

Şəhər sakini İlkin Hüseynov: "Heydər Əliyev haqqında xatirələr çoxdur. Mən də anım günündə iştirak edəcəm. Bizim vətəndaşlıq borcumuzdur. Övladıma da başa salıram. Azərbaycan tarixi ilə maraqlanır, himnimizi, atributlarımızı gözəl bilir. Mən də çalışdığım qədər öyrədirəm. Ümummilli Lider bizim babamızdır. Öz babamızı necə xatırlayırıqsa, Heydər Əliyevi də elə xatırlayırıq. Onun davamçısı Ali Baş Komandan cənab Prezident İlham Əliyev və rəhbərlik etdiyi 44 günlük Vətən müharibəsi ilə atasının vəsiyyətini yerinə yetirdi. Biz də vətəndaş olaraq vəzifəmizi icra etməliyik, borcumuzdur".

Şəhər sakini İmmi Həsənova: "Mən müəlliməm. Heydər Əliyevin gözəl nitqi var idi. Gözəl danışmağı hər adam arzu edir. Əgər kim gözəl danışmağı öyrənmək istəyirsə, Ulu Öndərin danışıqlarını dinləsin. Heydər Əliyev müəllimə çox böyük qiymət verirdi. Onun müəllim haqqında dediyi cümlə heç zaman yadımdan çıxmaz: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram"".

Şəhər sakini Zümrüd Əhmədova: "Ümummilli Liderimiz Heydər Əliyev çox möhtəşəm Prezident idi. Əsas odur ki, müharibəni dayandırmışdı. Mənim xatirimdə belə qalıb. Dünyada Onun kimi siyasətçi yox idi, deyərdim. Ondan başqa siyasətçi tanımıram".

Şəhər sakini Amid Qasımov: "Heydər Əliyevi gözəl siyasətçi kimi xatırlayıram. Hər kəsə nümunə olacaq şəxs idi. Azərbaycan üçün az iş görməyib. Bunları saya biləcək potensialda da deyilik. Azərbaycan üçün çox böyük uğurları olub. Xarici ölkə başçıları da hal-hazırda onun siyasətini örnək alaraq idarə edirlər. Dünyada da tanınmış siyasi xadim idi".

Şəhər sakini Mahizə Tağıyeva: "Heydər Əliyevi çox gözəl, güclü siyasətçi, əvəzsiz şəxsiyyət kimi xatırlayıram. Azərbaycanın müstəqilliyi, azadlığını qazandıran dahi olub. Ölkəmizi işıqlı günlərə çıxarıb. Ölkəmizdə nə varsa, hər şey Onun adı ilə bağlıdır. Ulu Öndərin apardığı siyasət indi də uğurla davam etdirilir".

Şəhər sakini Rasim Hacıyev: "1980-ci ildə mənim bir iş yoldaşım var idi. Həmin şəxs Şərurdan idi. Heydər Əliyev Moskvada yaşayırdı. Bir nəfər Şərurdan oraya gedir, deyir ki, gedərsən Naxçıvana deyərsən ki, arxamca anonim məktublar göndərməsin. O da Şərura gəlir, həmin şəxslərə deyir ki, onun arxasınca anonim məktublar göndərməyin. Onlar da and içirlər ki, biz elə məktublar göndərməmişik. Sonda araşdırıb görürlər ki, ermənilər azərbaycanlıların adından Heydər Əliyevə anonim məktublar göndərirlər. Mənim xatirimdə bunlar qalıb. Allah rəhmət eləsin, o dünyasını versin. Rəhmətlik atam kommunist, Böyük Vətən müharibəsi iştirakçısı idi. Mən uşaq idim, həmişə kommunist qəzeti atamın önündə olurdu. Qəzetin hamısını oxuyurdu. Öndərimizin qəzetdə məruzələri olurdu. Biz onun tərbiyəsini, siyasətini, dünyadakı gücünü qürurla hiss edirik. İlham Əliyev də onun yolunu davam etdirir. Amma atası qədər ola bilməz. Heydər Əliyev çox güclü şəxsiyyət idi. Dünyada Heydər Əliyev kimi şəxsiyyət, savadlı insan, bəlkə də, gələcək, amma nə vaxt bilmirik".

Şəhər sakini Əli Bayramov: "Heydər Əliyev bizim düşünən beynimiz, yeriyən ayağımızdır. Azərbaycanı qoruyub, saxlayıb və yaşadan şəxsdir. Siyasətçi kimi Heydər Əliyev dahi insan idi. Bütün sahələrdə yeganə, yüksək dərəcədə olan şəxsiyyət idi. İndi onun davamçısı övladı İlham Əliyev Onun qüdrətli siyasətini davam etdirir. Onların hesabına yaşayırıq, Allah üstlərində yar olsun. İlham Əliyevin atası Respublikada tarixi, tanınmış, güclü siyasətçi şəxsiyyət olub. Onun sayəsində davamı kimi düşünən, yaradan insanlarımız var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see474

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see358

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see324

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see320

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see285

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see284

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see262

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see255

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see229

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see219

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see199

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see196

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see195

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see189

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see184

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see174

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

31 İyul 2026 18:59see171

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see166

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see164

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri