Icma.az
close
up
RU
Siyasi partiyalar gündəlik qəzetlərdən məhrum olan kimi yıxıldılar və hələ də qalxa bilmirlər Aydın Quliyev

Siyasi partiyalar gündəlik qəzetlərdən məhrum olan kimi yıxıldılar və hələ də qalxa bilmirlər Aydın Quliyev

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Son günlərin ən aktual siyasi müzakirə mövzularından biri Azərbaycanda siyasi partiyaların vəziyəti və inkişaf perspektivləri ilə bağlıdır. Üstün rəy əsasən bundan ibarətdir ki, hakim Yap - dan başqa bütün digər siyasi partiyaların real təsir gücləri yoxdur, bir çoxunun heç vaxt belə gücləri olmayıb, bəziləri isə bu və ya digər səbəblərdən olan gücünü sonradan itirib. Partiyalarla bağlı nə baş verir və nə gözlənilir?

Mövzu ilə bağlı siyasi şərhçi, Bakı - xəbər qəzetinin baş redaktoru Aydın Quliyev SİA-ya fikirlərini açıqlayıb. Aydın Quliyev təsdiqlədi ki, həqiqətən bir vaxtlar, daha doğrusu 15- 20 il əvvələ qədər Azərbaycanda 4 güclü siyasi partiya var idi :" Bunlar hakim YAP, ADP, AXCP və Müsavat partiyaları idi. İndi bunların 3- ü cəmiyyətin nəzərində aşağı - yuxarı kiçik fərqlərlə görünməz olublar. Bu acınacaqlı vəziyyət səbəbsiz deyil. Vaxtilə onların hər birinin çevrəsində gündəlik qəzetlərin timsalında güclü informasiya - təbliğat ruporları var idi. 2007- ci ildə gündəlik, hətta bəzən həftədə 7 dəfə çap olunan Bakı - Xəbər qəzeti ADP- nin çevrəsindən ayrıldı. ADP bununla çökdü və bu gün də özünə gələ bilmir. 2013- cü ildə Yeni Müsavat qəzeti Müsavat partiyasından ayrıldı. Müsavat partiyası da çökdü və bu gün də özünü düzəldə bilmir. 2013 - 14 - cü illərdə Azadlıq qəzetinin çapı dayanan kimi AXCP də əvvəlki gücünü itirdi.
Gündəlik qəzetlər müstəqillik kursu tutan kimi siyasi partiyaların çevrəsində güc faktorları baxımından böyük boşluq yarandı. Həmin siyasi partiyalar qəzetlərin gedişi ilə yaranmış boşluğu doldurmağı bacarmadılar.Ağrısını bu gün də çəkirlər. Hakim YAP Yeni Azərbaycan qəzeti kimi öz güc faktorunu qoruyub saxladı, bu gün də qəzet YAP - ın güc faktorlarından biri sayılır. Təbii ki, bu partiyanın lider, iqtidar resursları kimi digər həlledici güc faktorları da var.
Müstəqillik dövründə gündəlik qəzeti olmayan və dediyim 4 partiya kimi ən güclülər sayılan 5- ci partiya sadəcə olmayıb. Qəzetlər böyüdülər, çap versiyadan əlavə, sayt və hətta müxtəlif sosial şəbəkə seqmentlərini, o cümlədən güclü yuotube kanalı yaratdılar. Təbii ki, qəzetlərin siyasi partiyalara doğru geridönüşü artıq mümkünsüzdür. "
A. Quliyevin fikrincə siyasi partiyaların indi ən böyük problemi özlərinə müasir siyasi şəraitə uyğun güc faktorları tapa bilməmələridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri