Icma.az
close
up
RU
Siyasi partiyalar ilə əməkdaşlıq əlaqələri inkişaf edir

Siyasi partiyalar ilə əməkdaşlıq əlaqələri inkişaf edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 may, AZƏRTAC

Mayın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ədalət Partiyasının IX qurultayında yeni seçilmiş sədri Mütəllim Rəhimov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, M.Rəhimovu partiya sədri seçilməsi münasibətilə təbrik edən Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə demokratik münasibətlərin təcəssümü olan siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib. Həmçinin əldə olunmuş tarixi Qələbə, uğurla icra olunan Böyük Qayıdış proqramı, Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, ölkədə həmrəylik mühitinin qorunması üçün görülmüş işlər, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı və digər bu kimi məsələlər haqqında danışan Administrasiya rəsmisi son zamanlar siyasi partiyaların ölkənin ictimai həyatında artan rolunu qeyd edib.

Görüşdə cəmiyyəti düşündürən məsələlərlə bağlı siyasi partiyalar ilə açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında danışılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi vurğulanıb.

Sədri olduğu partiya üçün dövlətçilik mövqeyinin və milli maraqların hər zaman mütləq prioritet təşkil edəcəyini bildirən M.Rəhimov deyib ki, Ədalət Partiyası Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsində fəal mövqe tutacaq. İqtidarla və ölkədə fəaliyyət göstərən digər partiyalarla açıq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayan M.Rəhimov gələcəkdə mövcud istiqamətdə müxtəlif layihələrin icra olunması niyyətini də diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri