Icma.az
close
up
RU
AzərbaycanTürkiyə yüksəksəviyyəli əməkdaşlıq əlaqələri parlamentlər müstəvisində də inkişaf etdirilib

AzərbaycanTürkiyə yüksəksəviyyəli əməkdaşlıq əlaqələri parlamentlər müstəvisində də inkişaf etdirilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz, o cümlədən qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına əsaslanan və bütün sahələri əhatə edən münasibətlərimiz dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəlib.

Tərəflər yüksəksəviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyini diqqətə çatdırıblar.

Mövlud Çavuşoğlu Azərbaycanda növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib.

Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların münasibətlərimizə mühüm töhfələri qeyd edilib. Həmçinin qanunverici orqanlarımızın və deputatların bütün beynəlxalq parlament təşkilatlarında ortaq mövqedən çıxış etdikləri məmnunluqla diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimizə qarşı bir sıra dairələr tərəfindən həyata keçirilən qarayaxma və təzyiq kampaniyalarına qarşı mübarizədə parlamentarilərimizin əməkdaşlığı olduqca vacibdir.

Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər səsləndirilib. Bu tarixi zirvə toplantısının ölkəmizin qlobal proseslərə növbəti töhfəsi kimi dəyərləndirilib.

Görüşdə, həmçinin regionda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda beynəlxalq konfransının əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri