Icma.az
close
up
RU
Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri

Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəal siyasət mühüm yer tutur. Bu baxımdan, ölkəmiz Müstəqil Dövlətlər Birliyi müstəvisində də qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quraraq uğurlu nəticələr əldə edib. Oktyabrın 9-da Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı son illər ərzində MDB-nin siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyini bəyan edib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, MDB iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. Bu il təşkilat yaradılmasının 35-ci ildönümünü qeyd edir. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilib. Azərbaycan isə 1993-cü ilin sentyabrında bu təşkilata qoşulub. Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
Millət vəkilinin sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan edilməsi kimi məsələlər müzakirə olunub. Bu təşəbbüslər MDB-nin yalnız siyasi dialoq platforması kimi deyil, həm də sosial-iqtisadi inkişaf istiqamətlərində əməkdaşlıq mexanizmi kimi rolunu gücləndirir. “Sosial inkişaf və həyat keyfiyyəti ili” təşəbbüsü əhalinin rifahının yüksəldilməsi, sosial siyasətin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Nəqliyyat bağlılığı ili” təşəbbüsü isə regionun nəqliyyat-kommunikasiya şəbəkəsini genişləndirmək, tranzit potensialını artırmaq və yeni logistika marşrutları formalaşdırmaq üçün mühüm imkanlar açacaq.
“Ölkəmiz indiyədək üzv olduğu bütün beynəlxalq təşkilatların funksionallığının artmasında mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan-MDB münasibətləri də istisna deyil. İndiyədək respublikamız qurumun bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Respublikamzda istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları MDB bazarında yaxşı tanınır və gözlənilir. Azərbaycanın MDB məkanı üçün ən böyük üstünlüklərindən biri də ölkəmizin geniş nəqliyyat-logistika imkanları ilə bağlıdır. Qısa müstəqillik tarixində müasir nəqliyyat infrastrukturu quran respublikamız Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir və MDB-yə üzv dövlətlər də bu imkanlardan geniş şəkildə bəhrələnirlər” – deyən, Pərvin Kərimzadə əlavə edib ki, Azərbaycan MDB daxilində humanitar əlaqələrin genişlənməsinə də böyük önəm verir. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmalarına imkan verib.
Eləcə də, ötən il sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmiz III MDB Oyunlarına böyük uğurla ev sahibliyi edib. 11 gün ərzində əsl idman bayramı yaşanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır. “İdman yarışlarının böyük əksəriyyəti Gəncədə keçirildi və şəhər idman paytaxtına çevrildi. Gəncə şəhərini təmsil edən deputat kimi bu qərarın şəhər əhalisi tərəfindən yüksək dəyərləndirildiyini vurğulamaq istəyirəm. Qədim Gəncə indiyə qədər bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. ” – deyən deputat qeyd edib ki, ölkəmiz 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr statusunda fəaliyyət göstərəcək. Bütün bunlar Azərbaycanın regional əməkdaşlığa verdiyi böyük önəmin nümunəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri