Siyasi partiyalara 1,3 milyon dollar ayrıldı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan hökuməti ötən parlament seçkiləri ilə bağlı siyasi partiyalar qarşısında yaranmış maliyyə öhdəliklərini tam şəkildə yerinə yetirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına həm parlamentdə təmsil olunan, həm də seçkilərdə müəyyən səs həddini keçən partiyalara ödəniş edilib.
Belə ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasına 268,3 milyon dram (təxminən 700 min dollar), müxalif “Ermənistan” blokuna isə 163,2 milyon dram (təxminən 430 min dollar) vəsait ayrılıb. Eyni zamanda parlamentə düşməsələr də, 3 faizlik baryeri keçən “Çiçəklənən Ermənistan” və “Respublika” partiyaları da dövlət maliyyələşməsi ilə təmin olunub.
Ümumilikdə, bu məqsədlə Ermənistanın dövlət büdcəsindən 520,7 milyon dram (təxminən 1,3 milyon dollar) vəsait xərclənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 19 Fevral 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















