Icma.az
close
up
RU
Siyasi və iqtisadi əlaqələrdə yeni təşəbbüslər ŞƏRH

Siyasi və iqtisadi əlaqələrdə yeni təşəbbüslər ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Almaniya arasında əlaqələrin müsbət inkişafı mühüm irəliləyişlərə səbəb olmuşdur. Hər iki ölkə arasında qarşılıqlı maraqların güclənməsi, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsi Azərbaycan-Almaniya münasibətlərinin müsbət inkişafına təkan vermişdir. Azərbaycan və Almaniya arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rolu əvəzsizdir. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Almaniya ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirmiş, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın əsasını qoymuşdur. Prezident İlham Əliyev isə bu əməkdaşlığı inkişaf etdirmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə iki ölkə arasında strateji tərəfdaşlıq qurulmuş və regional təhlükəsizlik, enerji təhlükəsizliyi kimi mühüm məsələlərdə sıx əməkdaşlıq həyata keçirilmişdir. Qeyd edək ki, əlaqələrin inkişafında rəsmi səfərlərin rolu çox əhəmiyyətlidir.

2025-ci il aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olmuşdur. Bu səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Ştaynmayer arasında keçirilən görüşlərdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcəkdir.

Ştaynmayerin Bakıya səfəri Almaniyanın Azərbaycanla əlaqələrə strateji yanaşmasının göstəricisi olmaqla yanaşı, ikitərəfli əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına şərait yaradır. Prezident İlham Əliyevlə görüş zamanı iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunmuşdur.

Səfər zamanı əsas diqqət Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına yönəlmişdir. Prezident Ştaynmayer Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edərək, Almaniyanın bu prosesdə vasitəçilik və dəstək göstərməyə hazır olduğunu bildirib. Almaniya, Avropa İttifaqının aparıcı dövləti olaraq, regionda dayanıqlı sülhün təmin olunmasında mühüm rol oynaya bilər.

Almaniya Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul edir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Görüşlər zamanı yaşıl enerji sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji istehsalını 6 giqavata çatdırmaq niyyətindədir və bu prosesdə Almaniya şirkətlərinin iştirakı strateji əhəmiyyət daşıyır. Xüsusilə, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi və yaşıl enerjinin Avropaya nəqli məsələləri diqqət mərkəzində olmuşdur.

Prezident Ştaynmayer Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğunu və Orta Dəhlizin Almaniya üçün yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb. Almaniya Azərbaycan vasitəsilə Asiya və Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. Orta Dəhlizin imkanları Almaniya üçün yeni ticarət marşrutlarının formalaşmasına töhfə verə bilər.

Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etmişdir ki, Prezident Ştaynmayerin səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafına mühüm töhfə verəcəkdir. Görüşlər zamanı tərəflər enerji, ticarət, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişlər. Xüsusilə, enerji sektorunda əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur, çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Mətbuata bəyənatda Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin əhəmiyyətli nəticələr əldə edilməsindən bəhs olunub. Qey edək ki, konfransda inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə uyğunlaşma və azaldılması tədbirləri üçün maliyyə dəstəyinin artırılması qərara alınmışdır. Bu çərçivədə, inkişaf etmiş ölkələr tərəfindən 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması razılaşdırılmışdır. Azərbaycan, öz növbəsində, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı hədəfləyir və bu istiqamətdə ciddi addımlar atır.

Bundan əlavə Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycanın 30 il ərzində işğaldan əziyyət çəkməsi haqqında da bəhs edib. Qeyd olunub ki, ölkəmiz Ermənistanın işğalı altında olan ərazilərinin azad edilməsi üçün mübarizə aparmışdır. Əldə olunan tarixi Zəfərlər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu müddət ərzində işğal olunmuş ərazilərdə infrastruktur dağıdılmış, mədəni irsə ciddi ziyan vurulmuşdur. Hazırda Azərbaycan hökuməti həmin ərazilərin bərpası və məcburi köçkünlərin geri qayıtması üçün genişmiqyaslı layihələr həyata keçirir.

Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni səhifə açmışdır. Bu səfər, eyni zamanda, regional sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, səfər çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar, Azərbaycan və Almaniya arasında həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə imkan yaratmışdır. Bu təşəbbüslər, xüsusilə enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində uzunmüddətli tərəfdaşlığın əsasını qoyur. Azərbaycan-Almaniya əlaqələrinin daha da möhkəmlənməsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün bu səfər mühüm platforma rolunu oynayır.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see191

Gəncədə baş verən dəhşətli olayın ilk görüntüləri yayıldı VİDEO

19 May 2025 12:27see145

Hava limanı yolunda ara işləyən taksi sürücüsünün saxlanılma anı VİDEO

19 May 2025 09:00see132

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see121

Ölümünü yuxusunda görən sənətkar Səxavət Məmmədovun həyat hekayəsi

19 May 2025 01:01see120

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see119

Baş prokuror Mazin Bin İbrahım Əl Kahmus ilə görüşdü FOTOLAR

19 May 2025 15:02see116

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see115

Media: Yenidən silahlanma Avropa İttifaqının iqtisadiyyatını məhv edə bilər

19 May 2025 12:17see115

Ərzaq və içki istehsalında sürpriz göstəricilər istehsal və ehtiyat nə qədərdir?

19 May 2025 09:49see114

Populyar film ekranlara qayıdır

19 May 2025 02:33see114

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see113

Toral Bayramov: Ondan sonra bu barədə düşünəcəyik

19 May 2025 12:00see113

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see112

Pensiyalarla bağlı ƏHALİYƏ ŞAD XƏBƏR: Bu tarixdə ödəniləcək KONKRET

19 May 2025 17:18see112

Filadelfiya Siksers in Dürant planı

19 May 2025 21:04see111

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib

19 May 2025 06:21see110

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see110

Səhər əhvalınızı yaxşılaşdırmaq olar..?

19 May 2025 21:35see109

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? Rəsmi cavab

19 May 2025 10:34see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri