Icma.az
close
up
RU
Diplomatik əlaqələrdə yeni strateji hədəflər

Diplomatik əlaqələrdə yeni strateji hədəflər

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilib. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olub. Son illər ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artmaqdadır. Xüsusilə də Afrika ölkələri Azərbaycanla münasibətlərə maraq göstərirlər. Belə ölkələrdən biri də Somali Respublikasıdır.

Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə təmasların artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış Sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca aktualdır. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur.
Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana tarixi səfəri iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcı hesab oluna bilər. İmzalanmış sənədlər hər iki ölkənin əlaqələrini bir çox sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu razılaşmalar perspektiv əməkdaşlıq üçün əsaslı zəmin yaradır.
Bu dost dövlətlə münasibətlərin inkişafı, ilk növbədə, Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də bir səsə malik olan Somalinin dəstəyi önəmli ola bilər. Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.
Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, görüş çərçivəsində Somalidə sərmayə imkanlarının öyrənilməsi üzrə müzakirələr aparılıb. Azərbaycanın enerji sahəsi üzrə zəngin təcrübəsi Somali ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açır. “Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə praktiki fəaliyyətə başlanılacağını deməyə əsas verir. Əlbəttə ki, bu əməkdaşlıq enerji keçidi dövründə ölkəmiz üçün səmərəli nəticələr vəd edir.
Bakıda Somali və Azərbaycan arasında imzalanan sənədlər qarşılıqlı iradəyə söykənərək ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcək. Prezidentlərin görüşündə əsas müzakirə mövzusundan biri təhsil sahəsində əməkdaşlıqla bağlı olub. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər mövcuddur. Somalidən olan tələbələr Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alırlar. Gələcəkdə onların sayı artırılacaq. Onların müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı gələcəkdə Somalinin iqtisadi inkişafına fayda verəcəkdir.
Somali Prezidenti Hasan Şeyx Mahmud qeyd etdi ki, imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır. Həmçinin, ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir.

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri