Icma.az
close
up
RU
Siyasi və İqtisadi əlaqələrdə yeni təşəbbüslər

Siyasi və İqtisadi əlaqələrdə yeni təşəbbüslər

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan və Almaniya arasında əlaqələrin müsbət inkişafı mühüm irəliləyişlərə səbəb olmuşdur. Hər iki ölkə arasında qarşılıqlı maraqların güclənməsi, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsi Azərbaycan-Almaniya münasibətlərinin müsbət inkişafına təkan vermişdir.

Bunu Manset.az-a YAP-nın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açıqlamasında deyib. O, bildirib ki, Azərbaycan və Almaniya arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rolu əvəzsizdir. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Almaniya ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirmiş, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın əsasını qoymuşdur. Prezident İlham Əliyev isə bu əməkdaşlığı inkişaf etdirmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə iki ölkə arasında strateji tərəfdaşlıq qurulmuş və regional təhlükəsizlik, enerji təhlükəsizliyi kimi mühüm məsələlərdə sıx əməkdaşlıq həyata keçirilmişdir. Qeyd edək ki, əlaqələrin inkişafında rəsmi səfərlərin rolu çox əhəmiyyətlidir.

2025-ci il aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olmuşdur. Bu səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Ştaynmayer arasında keçirilən görüşlərdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcəkdir.

Ştaynmayerin Bakıya səfəri Almaniyanın Azərbaycanla əlaqələrə strateji yanaşmasının göstəricisi olmaqla yanaşı, ikitərəfli əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına şərait yaradır. Prezident İlham Əliyevlə görüş zamanı iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunmuşdur.

Səfər zamanı əsas diqqət Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına yönəlmişdir. Prezident Ştaynmayer Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edərək, Almaniyanın bu prosesdə vasitəçilik və dəstək göstərməyə hazır olduğunu bildirib. Almaniya, Avropa İttifaqının aparıcı dövləti olaraq, regionda dayanıqlı sülhün təmin olunmasında mühüm rol oynaya bilər.

Almaniya Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul edir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Görüşlər zamanı yaşıl enerji sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji istehsalını 6 giqavata çatdırmaq niyyətindədir və bu prosesdə Almaniya şirkətlərinin iştirakı strateji əhəmiyyət daşıyır. Xüsusilə, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi və yaşıl enerjinin Avropaya nəqli məsələləri diqqət mərkəzində olmuşdur.

Prezident Ştaynmayer Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğunu və Orta Dəhlizin Almaniya üçün yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb. Almaniya Azərbaycan vasitəsilə Asiya və Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. Orta Dəhlizin imkanları Almaniya üçün yeni ticarət marşrutlarının formalaşmasına töhfə verə bilər.

Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etmişdir ki, Prezident Ştaynmayerin səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafına mühüm töhfə verəcəkdir. Görüşlər zamanı tərəflər enerji, ticarət, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişlər. Xüsusilə, enerji sektorunda əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur, çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Mətbuata bəyənatda Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin əhəmiyyətli nəticələr əldə edilməsindən bəhs olunub. Qey edək ki, konfransda inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə uyğunlaşma və azaldılması tədbirləri üçün maliyyə dəstəyinin artırılması qərara alınmışdır. Bu çərçivədə, inkişaf etmiş ölkələr tərəfindən 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması razılaşdırılmışdır. Azərbaycan, öz növbəsində, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı hədəfləyir və bu istiqamətdə ciddi addımlar atır.

Bundan əlavə Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycanın 30 il ərzində işğaldan əziyyət çəkməsi haqqında da bəhs edib. Qeyd olunub ki, ölkəmiz Ermənistanın işğalı altında olan ərazilərinin azad edilməsi üçün mübarizə aparmışdır. Əldə olunan tarixi Zəfərlər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu müddət ərzində işğal olunmuş ərazilərdə infrastruktur dağıdılmış, mədəni irsə ciddi ziyan vurulmuşdur. Hazırda Azərbaycan hökuməti həmin ərazilərin bərpası və məcburi köçkünlərin geri qayıtması üçün genişmiqyaslı layihələr həyata keçirir.

Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni səhifə açmışdır. Bu səfər, eyni zamanda, regional sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, səfər çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar, Azərbaycan və Almaniya arasında həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə imkan yaratmışdır. Bu təşəbbüslər, xüsusilə enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində uzunmüddətli tərəfdaşlığın əsasını qoyur. Azərbaycan-Almaniya əlaqələrinin daha da möhkəmlənməsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün bu səfər mühüm platforma rolunu oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 03 Aprel 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see131

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see118

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri