Icma.az
close
up
RU
Siyavuş Novruzov: Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir

Siyavuş Novruzov: Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir

Bakupost saytına istinadən Icma.az xəbər verir.


"Dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə hər bir dövlət öz milli təhlükəsizliyini qorumaq üçün kompleks və qabaqlayıcı tədbirlər həyata keçirir. Xarici təsirlərin, siyasi manipulyasiyaların və informasiya təsir mexanizmlərinin sürətlə artdığı müasir reallıqda Azərbaycanda da hüquqi sabitliyin, dövlətçilik dayaqlarının və cəmiyyətin təhlükəsizliyinin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətin əsas siyasət xətti ondan ibarətdir ki, istənilən daxili və ya xarici təsir cəhdinin qarşısı vaxtında alınmalı, qanunun aliliyi, şəffaf istintaq mühiti və ədalətli hüquqi prosedurlar təmin edilməlidir".

Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a YAP təmsilçisi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, son günlər ölkə ictimaiyyətinin diqqət mərkəzində olan əsas məsələ - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və bir neçə partiya funksionerinin saxlanılması ilə bağlı aparılan istintaq tədbirləridir: “Bu proseslər dövlətin hüquq və təhlükəsizlik siyasətinin tərkib hissəsi olaraq qiymətləndirilir. Cari ilin oktyabr ayında Ramiz Mehdiyevlə bağlı başlanmış istintaq çərçivəsində müxtəlif şəxslərin ifadələrinin alınması, müəyyən istiqamətlər üzrə araşdırmaların aparılması və ayrı-ayrı ünvanlarda axtarış tədbirlərinin keçirilməsi barədə rəsmi məlumatlar yayımlanıb. Bu istintaqın bir hissəsi kimi AXCP sədri Əli Kərimli ilə bağlı da prosedurlar həyata keçirilib, onun evində axtarış aparılıb və aidiyyəti qurumlar tərəfindən istintaqa cəlb edilib.

Rəsmi məlumatlara əsasən, Əli Kərimli və ona yaxın olan bir partiya funksioneri istintaq çərçivəsində həbs edilib. Hazırda onlarla bağlı məlumatlar hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə çatdırılır. Dövlət qurumları bildirir ki, bütün əməliyyat və istintaq tədbirləri qanunvericiliyə uyğun aparılır, hər bir vətəndaşın hüquqları təmin olunur”.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə hüquqi dövlət quruculuğu, şəffaflıq, korrupsiya və sui-istifadəyə qarşı prinsipial mübarizə dövlətin prioritetidir: “İstənilən vəzifəli şəxs, ictimai-siyasi statusundan asılı olmayaraq, hüquqi məsuliyyət qarşısında bərabərdir və qanun pozuntusu ehtimalı yaranarsa, məsələnin araşdırılması müvafiq qurumların vəzifəsidir.

Bu baxımdan, hazırkı istintaq tədbirləri hüququn aliliyinin təmin edilməsinə, dövlət idarəetməsində şəffaflığın qorunmasına və milli təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən kompleks prosesin tərkib hissəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin siyasi kursu göstərir ki, ictimai sabitlik, hüquqi ədalət və dövlətçilik prinsiplərinin qorunması ölkə siyasətində əsas prioritetdir.

Ramiz Mehdiyev faktoru - uzun illər boyu dövlət idarəetməsində gizli mövqeyini qorumaqla müəyyən siyasi qrupları idarə edib, bəzi süni gərginliklər yaradıb. Analitiklərin qənaətinə görə, onun fəaliyyəti, bəzən daxildəki və xaricdəki nüfuz müvəkkilləri vasitəsilə siyasi prosesləri yönləndirməsi milli maraqlara xidmət etməyib. Bu kontekstdə AXCP-nin radikal çıxışları və siyasi kəskinliyi ilə tanınan mövqelərinin müəyyən məqamlarda Mehdiyevin təsir mexanizmlərinin bir hissəsi olması ehtimalı qeyd olunur.

Tarixi təcrübələr də göstərir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Əli Kərimlinin “müxalif oliqarxlar ittifaqı” çərçivəsində Rusiya xətti üzrə əlaqələr qurmağa çalışması ictimai müzakirələrdə geniş yer alıb. Bu isə göstərir ki, bəzi siyasi qrupların xarici təsirlərin alətinə çevrilməsi riski realdır”.

Siyavuş Novruzov hesab edir ki, mövcud geosiyasi kontekst və regional risklər fonunda Azərbaycan dövlətinin milli təhlükəsizlik maraqlarını qorumaq üçün AXCP ilə bağlı preventiv tədbirlər görülməsi strateji əhəmiyyət daşıyır: “Dövlət qurumları tərəfindən aparılan istintaq, qanun çərçivəsində və şəffaf şəkildə həyata keçirilir, obyektivlik və hüququn üstünlüyü prinsipinə tam əməl olunur.

İctimaiyyətin məlumatlandırılması, rəsmi açıqlamaların təqdim edilməsi və media vasitələri ilə prosesin izləməsi dövlətin şəffaflıq və məsuliyyət prinsipini gücləndirir. Eyni zamanda, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları tərəfindən prosesin izlənilməsi demokratik nəzarət mexanizmlərinin işləməsinə xidmət edir.

Nəticə etibarilə, Kərimli faktoru yalnız hüquqi çərçivədə aparılan istintaqla məhdudlaşmır, o, milli təhlükəsizlik, dövlət siyasətinin stabilliyi və regional geosiyasi balansların qorunması baxımından da strateji əhəmiyyət daşıyan kompleks bir hadisə kimi qiymətləndirilir.

Bu gün dövlətin apardığı istintaq tədbirləri göstərir ki, hüququn aliliyi ölkədə yalnız deklarativ prinsip deyil, konkret icra mexanizmləri ilə təmin olunan praktik dövlət siyasətidir. İstənilən siyasi status, vəzifə keçmişi, ictimai mövqe və ya təşkilati aidiyyət heç kəsə hüquqi toxunulmazlıq vermir.

Azərbaycan dövləti qarşısında dayanmış əsas və dəyişməz prinsip aydındır: Heç kim qanunun məsuliyyətindən kənar qala bilməz.

Məhz bu prinsip dövlətin sabitliyini, cəmiyyətin təhlükəsizliyini və hüquqi sistemin ədalətini təmin edən ən fundamental dayaqlardan biridir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri