Siyəzəndə 34 yaşlı kişi azyaşlı bacısı oğluna şiddət göstərdi TƏFƏRRÜAT
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Siyəzən rayonunda bacısının yetkinlik yaşına çatmayan oğluna şiddət göstərən 34 yaşlı kişi məsuliyyətə cəlb olunub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Siyəzən şəhərinin Şamil Baxşiyev küçəsində baş verib.
1991-ci il təvəllüdlü Mətləb həmin ərazidə nömrəsiz fərdi yaşayış evində bacısı Günelin oğlu Əfqanı (adlar şərti verilib – red.) vurub, ona fiziki ağrı verib.
İş üzrə izahatında Mətləb bildirib ki, hadisə günü 200 qram araq içib: “Bundan sonra bacımın evinə getdim, giriş qapısını döyməyə başladım. Evdə olan bacım oğlu qapını gec açdığı üçün əsəbiləşdim. Həm də içkili olduğum üçün qapıya dəydim, qapı qırıldı. Bacım oğlunun qapını qəsdən açmadığından şübhələndim və onun üz nahiyəsinə bir şillə vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verdikdən sonra bacısının evinə yenə də gedib-gəlib, ona məişət işlərində köməklik edib, qırılmış qapını təmir edib. O, əməlindən səmimi peşmançılıq hissi keçirib.
İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, spirtli içkinin təsiri altında olan dayısı onlara gəlib: “Dayımın içkili olduğunu bildim və qapını açmadım. Dayım qapını qıraraq evə girdi. Sonra məni yerə yıxaraq, dabankeşlə baş nahiyəmə 2-3 dəfə vurdu. Qaçaraq evdən çıxdım. Dayım evdə kassadan təxminən 100 manat məbləğində qəpik pulları götürərək getdi”.
İş üzrə zərərçəkmişin anası Günelin sözlərinə görə, şirkətlərdən birində xadimə işləyir. Hadisə baş verən zaman işdə olan qadın qardaşından şikayətçi olduğunu bildirib.
Siyəzən Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs inztibati qaydada məsuliyyətə cəlb edilib və 350 manat cərimə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 27 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















